Hindistanda keçirilən ümumi seçkilərin 7-ci və son mərhələsində 33 seçki məmuru həddindən artıq istilər səbəbindən həyatını itirib.
525.az xəbər verir ki, Hindistanın NDTV kanalının xəbərinə görə, Uttar Pradeş əyalətinin Baş Seçki Mütəxəssisi Navdeep Rinva ölkə daxilində həddindən artıq istilərin seçki rəsmilərinə də təsir etdiyini vurğulayıb.
İstilər səbəbiylə əyalətdə 33 seçki məmurunun həyatını itirdiyini bildirən Rinva, onların seçki zamanı çalışan təmizlik və təhlükəsizlik işçilərinin olduğunu qeyd edib.
Rinva ölənlərin ailələrinə 1,5 milyon rupi (təxminən 18 min dollar) təzminat ödəniləcəyini açıqlayıb.
Həddindən artıq istilərin təsirli olduğu Hindistanda ötən həftə hava şəraiti səbəbindən 40 nəfər həyatını itirib.
Qeyd edək ki, bütün zamanların ən yüksək temperaturu paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.
Malik Atilay
çap et