Hizbullahın verdiyi açıqlamada İsrail ordusuna məxsus PUA-nın Livan ərazisində vurulduğu bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada Livan hava məkanında vurulan PUA ilə bağlı məsələnin araşdırıldığı qeyd edilib.
Açıqlamada: "İsrail hava qüvvələri öz missiyalarını yerinə yetirmək üçün Livan hava məkanında fəaliyyətini davam etdirəcək", - ifadəsi işlədilib.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzzaya hücumlarını davam etdirən İsrail şimal sərhədində Livan Hizbullahı ilə də qarşıdurma aparır. Bu toqquşmalarda 320 Hizbullah üzvü, 63 livanlı mülki, 19 Əməl Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.
Malik Atilay
çap et