525.Az

İranla birgə yayım komissiyası yaradılır


 

İranla birgə yayım komissiyası yaradılır<b style="color:red"></b>

Azərbaycan və İran birgə yayım komissiyası yaratmaq niyyətindədir.

“APA-Economics”in xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İranın Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşü zamanı bildirib.
 
Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovla da müzakirələr aparılacaq.
 
“Əli Həsənovun tövsiyəsi ilə İran və Azərbaycan tərəfindən nazir müavinləri səviyyəsində bu komissiyaya sədrin təyin edilməsi nəzərdə tutulub”, - deyə Ə. Abbasov bildirib.
 
İranın Radio-Televiziya Təşkilatının sədri isə deyib ki, səfəri çərçivəsində bu qurumun təşkilati, hüquqi, texniki məsələləri müzakirə olunacaq.

 





10.10.2014    çap et  çap et