525.Az

Sabir Rüstəmxanlının “Əbədi sevdası”


 

Sabir Rüstəmxanlının “Əbədi sevdası” <b style="color:red"></b>

...Bu gün elə iddialar eşidirsən ki, təəccüblənməyə bilmirsən. Kimsə sözü hörmətsiz edən cızmaqarası ilə gah dili yaşatdığından dəm vurur, gah da Allahın onu seçib xüsusi istedad verməsindən danışır. Amma imzalar içində SÖZÜ boy verən bir azadlıq mücadili kimi sözünü qanıyla yazan, elə buna görə xalqın şairi adını qazanmış Sabir Rüstəmxanlı:

 

Dərdli deyingən olar

 

Deyirlər.

 

Mənim dərdim artdıqca

 

Dilim bağlanır,

 

Özümə çəkilirəm.

 

Qayadan uçan suyam

 

İçimə tökülürəm...

 

söyləyir.

 

8-9 il əvvəl ondan müsahibə götürmüşdüm. Yadımdadır ki, ədəbiyyat söhbəti olduğu üçün şad olduğunu söyləmişdi. Şairin siyasəti elə onun sözü deyilmi? Sonra onu bir az da yaxından tanıdım. Bir gənc qız, özü Qarabağdan didərgin, atasını-anasını müharibədə itirmiş, bir az özünə inamsız olan müəllif hansısa bir tədbirdə ona kitabını bağışladı onu sabahVahidPoeziya Evində keçiriləcək təqdimat mərasiminə dəvət etdi. Tədbir 20 noyabra təsadüf edirdi. Sabir müəllim səhər 11- başlanan tədbirə üzündəki xəfif təbəssümə bənzəyən böyük bir çiçək dəstəsi ilə gələndə çoxu təəccüblənmişdi. Ürəkdolusu çıxış elədi, 20 noyabr faciəsini xatırladan şair o gün Qarabağın o zərif səsindən danışdı. bu mənim yaddaşıma həkk olundu ömürlük. Bu günlərdə elə uzaqdan-uzağa hiss elədim ki, Sabir müəllim , Aqil Abbas kimi, adamlara elədiyi yaxşılıqları unudur. Nədən ki, onların Vətənə, adamlara, müəlliflərə münasibəti hansısa bir təmənna xatirinə yox, öz könül səslərini dinləmələri ilə bağlıdır. Fəqət kimsə bu sevgini, qayğını şairin Vətən sevgisini qısqananlar kimi unudur, kim isə fürsət axtarır o yaxşılığın cavabını qaytarmaq üçün. Nədənsə Sabir RüstəmxanlınınTəhsilnəşriyyatında yenicə çapdan çıxmışƏbədi sevdaadlı kitabını əlimə götürəndə bunları düşündüm.

 

Düzü, hələ kitabla tanışlıqdan əvvəl elə düşünmüşdüm ki, yəqin, kitabın adı sevgi şeirləri ilə bağlıdır. Amma sonra gördüm ki, canlıDərd muzeyiolan könlü-gözü Vətən yanğılı, yurd nisgilli şairin bütün istəklərinin sonu gəlib uğruna can qoyduğu o taylı-bu taylı bütöv Azərbaycan sevdasına çıxır. Bu şeirlərin elə oxunaqlı dili var ki, kitab əlindən yerə düşmək istəmir bir baxırsan gecə yarıdan keçib artıq. Həm bu şeirlər şairin şəxsiyyəti  ilə o qədər uyarlıq təşkil edir ki, ona görə belə ciddi, qüvvətli, alovlu, maraqlı səmimidir.

 

Əbədi sevdaadlı bu 576 səhifəlik, şeirlər poemalardan ibarət olan kitabda əsərlər ayrı-ayrı bölmələr daxilində oxucuya təqdim olunur. Beləliklə gəlinİçimdə dərd ağacıadlı birinci bölməyə nəzər salaq. “Vətənadlı bu çox sevdiyim şeir mənə çoxdan tanış olsa da ilk dəfə oxuyurmuş kimi təsirlənirəm. Şeir adamın sanki yaddaşını dindirir:

 

...Bir əlçim buluddu,

 

Bir ömür umuddu,

 

Bir içim sudu.

 

Yandıqca odlanan ocaqdı,

 

Daddıqca dadlanan arzudu.

 

Bir dərə bahar leysanıdı,

 

21 Azərin qanıdı,

 

Cavad xanın qətl yeridi,

 

SabirinFəxriyyəşeiridi,

 

Dağları dumanda itən-

 

Vətən...Vətən!

 

 

yaZaman məndən keçirşeirində

 

 

Min ilin qanıdıriçimdə diri,

 

Dünyada kim ölür? Yaddaşı itən!

 

Ürəyim bir qaçqın düşərgəsidi,

 

Keçir körpələrin göz yaşı məndən.

 

Söyləyir Yurdun cəfakeş şairi. SonraYurdun bayrağıbölməsi gəlir. “Qorxum qalmadışeirinin sonunda şair ümidlə səslənir:

 

Qayıtdı, qayıtdı

 

Bayrağımın əsl rəngi,

 

İlhamın qanadı,

 

Günəşin odu...

 

Torpağım azadlıq doğacaq sabah!..

 

Qorxum qalmadı!..

 

Bu bölmədə şairin Vətənə həsr olunmuş himni var, marşı da. Müəllifin söylədiyiMarşdüşünürəm ki, ana yurdu düşmən əsirliyində olan hər birimizin marşı:  

 

 

Babaların igid ruhu dirildi

 

Qisas deyir türk yaddaşışanımız.

 

Ömür bizə Vətən üçün verildi,

 

Qurban getsək, halal olsun qanımız.

 

Mən demədimadlı bölümdə isə diqqətimiXocalıdan sonraadlı şeir daha çox çəkir:

 

Xocalıdan sonra özümdən zəhləm gedir,

 

Qohumumdan, qonşumdan,

 

Müstəqillik yolundan”,

 

Azadlıq vuruşundan”,

 

görüşümdən, şeirimdən, sözümdən

 

zəhləm gedir!

 

Tanrıyla görüşbölməsindəkiAnamadlı şeiri bu mövzuda yazılan şeirlərdən özünəməxsus doğmalığı canlılığı ilə seçilir:

 

Dağların başında, qəm dumanında

 

Sirrinə sığınan qalaçaanam!

 

Ruhum yaşadıqca, sözüm durduqca

 

Sözümün canıtək qalacaq anam!

 

Dostların qəlbimdə ucalan yeribölməsindəki  şeirləri oxuduqca həm müəllifin məsləkdaşı böyük şair X.R.Uluturku düşünmüşəm nədənsə. bir baxdımXəlil Rzaya mərsiyəşeiri könüldən xəbər bilən kimi özünü yetirdi:

 

Turan çələngi hördün Türküstanın səsindən,

 

Altaydan Ağdənizə yürüşlər həvəsindən,

 

Azadlıq ruhun uçdu ömrün dar qəfəsindən,

 

Odum, odqoruyanım, Ulutürk Xəlil Rza,

 

Ölümündən doğulan, ey böyük Xəlil Rza!..

 

Təklikbölümündə şair yaşadığımız zamanın adamlarımızın bu günkü düşüncələrini reallıqla əks etdirir. Doğrudan belədi, kimi dindirirsən başqasından gileylənir. Bir baxırsan adam özü o danışdığından da betərdi...

 

Dünya söz böyütmür, qeybət böyüdür!

 

Bütün qeybətlərə –”qardaşlıqqəbri!

 

Qeybət məzarlığı çiçək-çiçəkdir.

 

Bu şeytan toxumu düşməyən yerdən

 

Ruhumuz təzədən göyərəcəkdir!

 

Qoşmalar, gəraylılaradlı bölümdə isə adından da göründüyü kimi şairin bu janrda olan şeirləri yer alıb:

 

Çəkdim sinəmə tüstütək,

 

Mən bu xalqın min ahını.

 

Ovxarladım hər sözümlə

 

Pas aparan silahımı.

 

 

Qorusunadlı bu şeirdə şair

 

 

Ev tikənəm, qonşum quyu qazandı,

 

Sağ əl yazır, sol əlimsə pozandı,

 

Başqasına cavab vermək asandı,

 

Allah bizi özümüzdən qorusun.

 

deyir. Amin!

 

Bu daMahnılar”. Bu bölmədə şairin nəğməyə çevrilmiş şeirləri verilib. Musiqisi Gülər Həsənovanın olanGecdi dahamahnısının sözləri həqiqi sevgini əks etdirməsi ilə unudulmazdı...

 

 Tanımışam axır səni

 

O xəyallar keçdi daha.

 

Sən ömrümün bir parçası-

 

Səndən qopmaq gecdi daha.

 

Dünya ovcumdadırbölümündə şairin səfərləri, onun üz tutduğu məkanlardan dünyaya, insanlara səslənməsi öz əksini tapır. “Mən yol dəlisiyəmşeirində deyilir:

 

Mən yol dəlisiyəm,

 

Yürüş dəlisi,

 

İstər aran olsun, istər dağ olsun.

 

Hər izin, cığırın sonu üç nöqtə...

 

Qoy onu yenidən uzatmaq olsun.

 

Türkiyə duyğularından” “Son nəğmədəisə ayrı bir poetik ruh var:

 

Qızıl yarpaqlar yağır,

 

Mən onlardan biri.

 

Düşmüşəm eyvanına

 

Yox kimsənin xəbəri

 

 

Budaqlar məni atdı,

 

Səndən niyə küsürəm.

 

Son nəğməm fəryad çəkir

 

Deməyə tələsirəm.

 

Bu daKiçik şeirlərbölməsi. Şeirlər kiçik həcmli olsa da məna böyüklüyü ilə diqqəti çəkir.

 

Dağ çayı yatağına sığmır,

 

Mən səbrimə

 

Dağ çayı düzə tələsir,

 

Mən qəbrimə!

 

Bu bölmələrdən sonra şairinOrxonla görüşAtəş böcəyi”(Mahmudəli Çehrəqanlıya) adlı poemaları gəlir. Şairin şeirlərinin ruhu poemalarında da öz əksini tapır. Yəqin ki, şairin hər kəlməsində ürəyi olan yazıları haqqında ən dəyərli sözü tənqidçilər söyləyər... Mən isə bir oxucu kimi qələminə şəxsiyyətinə böyük hörmət bəslədiyim, “Əbədi sevdaadlı bu kitabından aldığım zövqə, yaşadığım həyəcanlara görə müəllifə təşəkkür edir, yeni uğurlar diləyirəm...

 

Mina RƏŞİD 

 

 





13.11.2012    çap et  çap et