Meksikada keçirilən prezident seçkilərinə 61 yaşlı Klaudiya Şeynbaum liderlik edir.
525.az xəbər verir ki, qutuların 41 faizindən çoxunun açıldığı seçkinin ilk nəticələrinə görə, Milli Yeniləşmə Hərəkatının (MORENA) qadın namizədi və Mexiko şəhərinin keçmiş meri Klaudiya Şeynbaum 57,33 faiz səs toplayıb.
Keçmiş Hidalqo meri Xochitl Galvez 29,84 faizlə ikinci yer, keçmiş deputat Xorxe Alvarez Maynes isə 10,48 faizlə üçüncü yerdə qərarlaşır.
Qeyd edək ki, seçkidə iştirakın 57 faiz olduğu vurğulanıb.
Məhəmməd Tağıyev
çap et