525.Az

Belarusun ŞƏT-ə tamhüquqlu üzv olacağı tarix açıqlanıb


 

Belarusun ŞƏT-ə tamhüquqlu üzv olacağı tarix açıqlanıb<b style="color:red"></b>

Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda keçiriləcək sammitində onun tamhüquqlu üzvü olacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Çjan Ming bildirib.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda 9 ölkə - Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Özbəkistan, İran və Tacikistan bu təşkilatın üzvüdür. Belarus, Əfqanıstan və Monqolustan isə təşkilatda müşahidəçi ölkə qismində iştirak edirlər.

 





05.06.2024    çap et  çap et