525.Az

11 rayonda qaz olmayacaq


 

11 rayonda qaz olmayacaq<b style="color:red"></b> Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 12:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 13:00 - dək Binəqədi rayonunun bir hissəsinə, saat 14:00 - dək Yasamal rayonunun bir hissəsinə, saat 15:00 - dək Xaçmaz rayonunun bir hissəsinə, saat 12:00 - dan 16:00 - dək Şamaxı rayonunun bir hissəsinə, saat 14:00 - dan 16:00 - dək Xətai rayonunun bir hissəsinə, saat 18:00 - dək Ucar və Zərdab rayonlarına, saat 19:00 - dək isə Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
 





10.10.2014    çap et  çap et