Avstraliyada üç gənc avtomobili bataqlıqda ilişərək Çəhrayı göl yaxınlığında qapalı qalıb.
525.az xəbər verir ki, Qərbi Avstraliyanın Qriqori şəhərindəki Çəhrayı göl bölgəsində quma kömək yazan 3 gənc xilas edilib. Belə ki, 3 nəfər də ümumilikdə 6 saat bölgədə qapalı qalıb.
Dünən günorta saatlarında ərazidən keçən 3 pilot mesajı görüb və səlahiyyətlilərə məlumat verib. Fövqəladə vəziyyətin mahiyyətini müəyyən etmək üçün əraziyə polis əməkdaşları göndərilib.
Qeyd edək ki, Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi bölgədə "Challenger" reaktiv təyyarəsindən istifadə edərək xilasetmə işlərinə yardım edib.
Məhəmməd Tağıyev
çap et