525.Az

46 nəfərlik kənddə yerli seçkilərdə 30 namizəd


 

46 nəfərlik kənddə yerli seçkilərdə <b style="color:red">30 namizəd</b>

İtaliyanın 46 nəfər əhalisi olan İnqria kəndində keçiriləcək yerli seçkilərdə bələdiyyə sədri və bələdiyyə məclisi üzvü olmaqla 30 nəfər müxtəlif vəzifələr uğrunda mübarizə aparır. Namizədlər arasında rəqib ana və oğul da var.

525.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Turin şəhəri yaxınlığındakı İnqria kəndində sakinlərinin üçdə ikisi yerli seçkilərdə namizəd olub.

Son yerli seçkilərdə asan qələbə qazanan İqor De Santis İnqria kəndində yenidən bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. Lakin bu dəfə o, anası ilə rəqib düşərgəyə qoşulmaqla dördüncü dəfə merlik yarışında çətin mübarizəyə girib.

2009-cu ildən kəndi idarə edən 42 yaşlı De Santisin bu seçkidə müxalifətin 70 yaşlı müşaviri Renato Poletto ilə rəqabət aparacağı gözlənilir. Lakin Milanda yaşayan və İnqriyada ikinci evi olan Stefano Venuti də namizədliyini irəli sürdükdən sonra vəziyyət daha da mürəkkəbləşib.

Malik Atilay 

 





05.06.2024    çap et  çap et