Kotija şəhərinin qadın meri Yolanda Sançes Fiqeroa silahlı hücum nəticəsində öldürülüb.
525.az xəbər verir ki, Kotija şəhərinin meri Yolanda Sançes Fiqeroa küçənin ortasında güllələnərək ölüb. Michoacan əyalətinin Daxili İşlər Nazirliyinin "X" hesabında edilən açıqlamada Fiqeroanın qətli pislənib.
Qeyd edək ki, Fiqeroa 2023-cü ilin sentyabrında Xalisko əyalətinin Quadalaxara şəhərindəki ticarət mərkəzindən qaçırılmış və 3 gün sonra tapılmışdı.
Məhəmməd Tağıyev
çap et