525.Az

İbu vulkanında yeni püskürmə


 

İbu vulkanında yeni püskürmə<b style="color:red"></b>

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanı yeni partlayışdan sonra lava və kül püskürüb.

525.az xəbər verir ki, İndoneziya Geologiya İdarəsinin rəsmilərindən Məhəmməd Vafid İbu vulkanında baş verən partlayışla bağlı açıqlama verib. Vafid təxminən 2 dəqiqə davam edən partlayışdan sonra vulkanın lava və kül püskürdüyünü və partlayış nəticəsində 5 min metrə qədər yüksələn tüstünün əmələ gəldiyini bildirib.

Qeyd edək ki, səlahiyyətlilər əhaliyə vulkandan ən azı 7 kilometr uzaqlaşmaq barədə xəbərdarlıq edib.

Məhəmməd Tağıyev

 





05.06.2024    çap et  çap et