Hindistanın bəzi ştatlarında son həftələrdə isti hava şəraiti səbəbindən 81 nəfər həyatını itirib.
525.az xəbər verir ki, isti dalğası termometrlərin 49 dərəcədən yuxarı olduğu ölkənin bir çox şəhərlərinə təsir etməkdə davam edir.
Belə ki, Odişa ştatında istidən 30 nəfər ölüb. Uttar Pradeş ştatında isə iyunun 2-də 33 seçki məmuru öz vəzifələrini icra edərkən həyatını itirib. Həddindən artıq istilər səbəbindən Biharda 6, Racastanda isə 12 nəfər ölüb.
Qeyd edək ki, bütün zamanların ən yüksək temperaturu mayın 29-da paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınmışdı.
Məhəmməd Tağıyev
çap et