ABŞ polisi İsrailin San-Fransiskodakı konsulluğunun foyesinə girərək Qəzza zolağında atəşkəs tələb edən 70 Fələstin tərəfdarı nümayişçini saxlayıb.
525.az xəbər verir ki, Qəzza zolağında atəşkəs tələb edən nümayişçilər İsrailin San Fransiskodakı konsulluğu qarşısında toplaşıb. Belə ki, "Azad Fələstin" şüarları səsləndirən nümayişçilərdən bəziləri özlərini qapılara bağlayıb.
Qeyd edək ki, polis foyeyə daxil olan və binanı tərk etməkdən imtina edən 70 nəfərin saxlanıldığını açıqlayıb.
Məhəmməd Tağıyev
çap et