525.Az

Pakistan mediası Heydər Əliyev Fondunun aksiyasından yazdı


 

Pakistan mediası Heydər Əliyev Fondunun aksiyasından yazdı<b style="color:red"></b> Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda Qurban bayramı ilə əlaqədar keçirilmiş silsilə tədbirlər ölkənin elektron mediasında geniş işıqlandırılıb.

Lent.az-ın məlumatına görə, silsilə tədbirlər bu ilin 6-7 oktyabr tarixlərində Pakistanın Xayber Paxtunxva əyalətinin qaçqınların məskunlaşdığı Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin sel daşqınlarından zərər çəkmiş Pəncab əyalətinin Okara, Multan, Ravalpindi və İslamabada şəhərlərində keçirilib. 
 
Pakistanın “Jhang”, “The News”, “Express Preshawar” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “DNA news”, “Pakistan in the World” informasiya agentlikləri tərəfindən tədbir haqqında yazılar dərc edilib.
 
Yazılarda Pakistanın tanınmış siyasətçisi Səlim Seyfulla Xan, Pakistan Parlamentinin sabiq sədr müavini, Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi, Bayt-ul-Malın təşkilatının icraçı direktoru Vahid Şeyx və administrasiyanın rəhbəri Cahangir Axtar, digər tanınmış şəxslər çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən bayram günündə çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olmasına görə minnətdarlıqlarını bildiriblər.
 
Yazılarda Ravalpindi şəhərində təşkil olunmuş mərasimdə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarovun tədbir iştirakçıları qarşısında çıxış edərək onları bayram münasibəti ilə təbrik etdiyi də qeyd olunub.
 





10.10.2014    çap et  çap et