525.Az

Praymerizlər 4 ştatda və Vaşinqtonda başa çatıb


 

Praymerizlər 4 ştatda və Vaşinqtonda başa çatıb<b style="color:red"></b>

Noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, rəqibsiz demokrat Co Bayden və respublikaçı Donald Tramp 4 ştatda və Vaşinqton bölgəsində praymerizdə asanlıqla qalib gəliblər.

525.az xəbər verir ki, ABŞ-də keçiriləcək 60-cı prezident seçkilərində hansı namizədlərin mübarizə aparacağını müəyyənləşdirmək üçün ilkin seçkilər davam edir.

Hər ikisinin də rəqib olmadığı üçün formal olaraq davam edən ilkin seçki prosesində Bayden və Tramp Nyu-Cersi, Montana, Cənubi Dakota və Nyu-Meksiko ştatlarında dünən keçirilən praymerizlərdə rahatlıqla qalib gəlib.

Qeyd edək ki, Tramp və Baydenin yenidən üz-üzə gələcəyi gözlənilən ABŞ-də prezident seçkiləri 5 noyabr 2024-cü ildə keçiriləcək.

Məhəmməd Tağıyev

 





04.06.2024    çap et  çap et