İngiltərə Bankının (BoE) verdiyi açıqlamaya görə, üzərində Kral Çarlzın portreti olan 5, 10, 20 və 50 funt-sterlinqlik əskinaslar dövriyyəyə buraxılıb.
525.az xəbər verir ki, Kraliça II Elizabetin portreti olan əskinaslar ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək. Yeni əskinaslar köhnəlmişlərin əvəzinə və əskinaslara olan tələbatın ümumi artımını ödəmək üçün buraxılacaq.
Buna görə də Kral Çarlzın portreti olan yeni əskinasların yayılmasının kifayət qədər yavaş olacağı gözlənilir.
Qeyd edək ki, əskinaslarda əks olunan Kral Çarlzın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.
Məhəmməd Tağıyev
çap et