ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ Prezidenti Co Baydenin Qəzza zolağında elan etdiyi atəşkəs təklifi ilə bağlı HƏMAS-dan cavab gözlədiklərini bildirib.
525.az xəbər verir ki, Sallivan mətbuata Baydenin açıqladığı İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi ilə bağlı açıqlama verib.
"Qərarı HƏMAS verəcək. İndi biz HƏMAS-ın cavabını gözləyirik", - deyən Sallivan razılaşma təklifini müzakirə edən Qətər vasitəçiləri ilə də əlaqə saxladıqlarını bildirib.
Qeyd edək ki, Sallivan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnsün Qətərə səfər edəcəyini bildirib.
Məhəmməd Tağıyev
çap et