525.Az

Deputat Fransa məclisində Fələstin bayrağı açıb


 

Deputat Fransa məclisində Fələstin bayrağı açıb<b style="color:red"></b>

Fransada müxalifətdəki Boyun Əyməyən Fransa (LFI) partiyasından olan millət vəkili Reyçel Kekenin Milli Məclisdə Fələstin bayrağını açmasından sonra iclas təxirə salınıb.

525.az xəbər verir ki, Parisdə Milli Məclisdə hökumətə suallar sessiyası keçirilib. Belə ki, LFI deputatları sessiyaya Fələstin bayrağının rənglərində paltarla qatıldığı halda, Respublikaçılar Partiyasının (LR) üzvləri Fransa bayrağının rənglərində yaylıq taxıb.

Belə ki, sual sessiyası davam edərkən, LFI müavini Keke Qəzzalılarla həmrəy olduğunu göstərmək üçün Fələstin bayrağı açıb.

Qeyd edək ki, müxalifət deputatları Kekeni alqışlasa da, məclis spikeri Yael Braun-Pivet iclası dayandırıb.

Məhəmməd Tağıyev

 





05.06.2024    çap et  çap et