525.Az

Banqladeşdə daşqınlar - 10 min ailə çətin vəziyyətdə qalıb


 

Banqladeşdə daşqınlar - <b style="color:red">10 min ailə çətin vəziyyətdə qalıb</b>

Banqladeşin Sylhet şəhərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 min ailə evlərində qapalı qalıb.

525.az “Dhaka Tribune”a istinadən xəbər verir ki, leysan yağışlar nəticəsində Sylhet şəhərindən keçən Surma çayının suyunun səviyyəsi təhlükəli həddə çatdığından və şəhərdəki kanallar su altında qaldığından, alçaq ərazilərdə daşqınlar baş verib.

Şəhərin 28 rayonunu su basıb, 10 min ailə evlərində qapalı qalıb.

Sylhetin ən böyük xəstəxanası MAG Osmani Tibb Kolleci Xəstəxanası su altında qaldığından səhiyyə xidmətləri dayandırılıb.

Şəhər Administrasiyası seldən zərər çəkənlər üçün şəhərdə çoxlu sığınacaqların hazırlandığını və zərərçəkənlərə quru qida və təmiz suyun çatdırıldığını açıqlayıb.

Malik Atilay

 





05.06.2024    çap et  çap et