525.Az

Sloveniyada dövlət kimi tanınan Fələstinin bayrağı göyə qaldırılıb


 

Sloveniyada dövlət kimi tanınan Fələstinin bayrağı göyə qaldırılıb<b style="color:red"></b>

Sloveniya hökuməti Fələstini dövlət kimi tanıdıqdan sonra parlamentin bağçasında Fələstin bayrağı göyə qaldırılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Sloveniya parlamentinin Fələstini dövlət kimi tanıması qərarından sonra paytaxt Lyublyanadakı parlament bağçasında alqış sədaları altında Fələstinin bayrağı digər bayraqlarla yanaşı göyə qaldırılıb.

Sloveniyanın xarici işlər naziri Tanya Fajon sosial media platformasında yazıb

Fajon Fələstinin tanınmasının sülh və ədalətə bağlılıqlarının ifadəsi olduğunu ifadə edərək: "Qalıcı sülh üçün iki dövlətli həllə töhfə verməklə tarixin doğru tərəfindəyik", - deyib.

Malik Atilay 

 





05.06.2024    çap et  çap et