Hindistanın Maharaştra əyalətində Su-30 MKI döyüş təyyarəsi qəzaya uğrayıb, atma oturacaq sistemindən istifadə edən 2 pilot sağ qalıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, Su-30 MKI qırıcı təyyarəsi sınaq uçuşu zamanı naməlum səbəbdən vilayətin Naşik şəhərində qəzaya uğrayıb.
Avtomatik atma oturacaq sistemindən istifadə edən iki pilot sağ qalıb.
Hindistanın Hindustan Aeronautics Limited (HAL) şirkəti "X"dən verdiyi açıqlamada pilotların texniki nasazlıq barədə məlumat verdiyini və təyyarənin qəzaya uğrama səbəbinin araşdırmalardan sonra aydınlaşacağını bildirib.
Hindistan Hərbi Hava Qüvvələrindən olan mənbələr sözügedən döyüş təyyarəsinin sınaq və baxış üçün HAL-a göndərildiyini deyib.
Qeyd edək ki, Su-30 MKI döyüş təyyarəsi Rusiya tərəfindən verilmiş lisenziya əsasında Hindistanda HAL tərəfindən istehsal olunur.
Malik Atilay
çap et