525.Az

Əmr sahiblərinə itaət və qanunlara riayət ictimai sabitliyə təminat kimi


 

Əmr sahiblərinə itaət və qanunlara riayət ictimai sabitliyə təminat kimi<b style="color:red"></b>

"Ey iman edənlər! Allaha, Peyğəmbərə özünüzdən olan əmr sahiblərinə itaət edin!" (Nisa, 4/59).  

Qurani-Kərimdə yeddisi isim, qalanları feil şəkillərində olmaqla səksən beş yerdə "itaət" qavramı qeyd olunub. Bu ayədə itaət Allah, Allahın rəsulu idarəçilər olmaqla üç kateqoriyada nəzərdən keçirilib. Şübhəsiz ki, Allaha itaət bu istilahın əsasını təşkil edir. Qurani-Kərimə görə, bütövlükdə fiziki dünya mütləq bilgi qüdrətlə onu yaradana itaət edir (Fussilət, 41/11; ər-Rəhman, 55/6). Peyğəmbərə itaət Allaha itaət əmrindən dərhal sonra gəlir. Hidayət çırağı olan peyğəmbərlərə itaətin məşruiyyəti onların ilahi vəhyə məzhər olmasından qaynaqlanır, yoxsa onlar da digər insanlar kimi bəşəri özəlliklərə sahibdir. Peyğəmbərlərə Allaha itaət etmələri əmr olunmuş (əl-Ənam, 6/14), onlara da inkarçı münafiqlərə uymamaları tövsiyə edilmişdir (əl-Əhzəb, 33/1). Quranda Allah Rəsulu ilə bərabər cəmiyyətin dəyərlərini paylaşan idarəçilərə itaət edilməsi əmr olunub. İslam dini cəmiyyətin hər kəsimində ədaləti təsis etməyi hədəf almıb, idarə edənlərlə idarə olunanlar arasında münasibətlərə dair tənzimləmələr gətirmib. İslamda qəbul edilən ümumi prinsiplərə görə, insan cəmiyyətləri bir qayda olaraq sülh qarşılıqlı anlaşma şəraitində yaşamalıdır.

Allaha Rəsuluna itaət etmək müsəlman olmağın başlıca şərtidir. İslama görə dövlət rəhbərləri, başqa sözlə, xəlifələr Rəsulullahın təmsilçiləri hesab edilirlər. Allaha Rəsuluna qeydsiz-şərtsiz itaət etməli olan müsəlman, dövlət rəhbərlərinə qanun çərçivəsində, dövlət millət üçün faydalı olan işlərdə fəaliyyətlərdə itaət etməlidir. Digər tərəfdən, amir məmurunu qanunsuz işlər görməyə təhrik etdikdə, məmur Allaha üsyan mənasına gələn bu növ işləri icra etməkdən çəkinməli, Allaha sığınmalıdır. Hədisi-şərifdə buyurulur: "Günaha batmaq əmri istisna olmaqla, bir müsəlmanın istəsə , istəməsə , bütün məsələlərdə dövləti idarə edən şəxsə itaət etməsi şərtdir. Fəqət günah işləməsi əmr edildiyi zaman bu əmrə tabe olmaz" (Buxari, Əhkam 4; Müslim, İmarə 38; Nəsai, Beyət 34 s.). Dövlət başçısının, yaxud idarəçinin əmrlərinə tabe olunmazsa, onda idarəçiliyin heç bir mənası qalmaz həmin cəmiyyətin firavanlığından bəhs etmək olmaz. Uğurlu olmaq istəyən idarəçi idarə etdiyi şəxslərə ən doğru olanı əmr etməlidir. Məhz belə olan təqdirdə onun əmrlərinə tabe olunmasını ummağa da haqqı olar. İdarəçilərin verdiyi əmrlər bəzilərinin karına gəlməyə, işlərinə yaramaya bilər, fəqət bu əmr qanunlar Allahın buyurduqlarına ölkənin konstitusiyasına zidd olmadığı təqdirdə hər kəsin ona əməl etməsi vacibdir. Dövləti idarə etmənin, əmin-amanlığı asayişi qorumanın yeganə yolu budur. Deməli, hədisdən belə qənaətə gəlmək olar ki, insanın şəxsi mənafeyinin ziddinə olsa da belə, dövlət adamlarının dinə qanuna zidd olmayan əmrlərinə itaət etmək vacibdir. Çünki dövlət rəhbərinə itaət sabitliyi təminat altına almaq deməkdir.

Rəsuli-Əkrəm (s.a.s.) səhabələrini dolayısilə ümmətini çox sevdiyi üçün onlardan bir məsələ barəsində söz alarkən "Bunu gücüm yetdiyi qədər edəcəyəm" demələrini istəyərdi. Bu minvalla o, insanın edə bilməyəcəyi bir işə söz verməməsinin zəruriliyini öyrədirdi. Zira söz verib əməl etməmək ən pis davranışlardan sayılır. Həm dürüst inanclı bir kimsə verdiyi sözə, qədər çətin olsa da, əməl etməlidir. Ona görə birinə söz verməzdən əvvəl yaxşı-yaxşı düşünmək lazımdır. Sevgili Peyğəmbərimizin təlqin etdiyi kimi, "Gücüm yetdiyi qədər edəcəyəm" - deyə söz vermək ən münasib davranışdır. İnsan ibadətlərini belə, gücü çatdığı qədər etməyə mükəlləfdir. Bu mövzu üzərində diqqətlə dayanan Sevgili Peyğəmbərimiz "İbadətləri gücünüz yetdiyi qədər edin" buyurmuşdu (Buxari, İman 32). Hədisdən belə nəticə çıxarmaq olar ki, Peyğəmbərimiz ümmətinə qarşı çox şəfqətli idi. Ona görə biət alarkən onların "Gücüm yetdiyi qədər itaət edəcəyəm" demələrini istəyərdi. Birlik, bərabərlik əmin-amanlığın təmin olunması üçün dövlət başçısına itaət etmək vacibdir.

Rəsuli-Əkrəm buyurur: "Sizə təyin edilən rəhbər... qara bir kölə olsa, sözünə qulaq asıb ona itaət edin". Digər hədisdə deyilir: "Zəngin, yaxud fəqir, sevincli, yaxud kədərli olduğun halda, başqası səndən üstün tutularkən belə, sözə qulaq asıb itaət etməyin şərtdir".

Dövlətin davamlılığı, millətin birlik bərabərliyi, xalqın hüzuru əmin-amanlığı hər şeydən vacibdir. Bunu təmin etmək isə dövlət işlərini idarə edənlərə itaət etməklə mümkündür. Hədislərdən belə aydın olur ki, insan müxtəlif zamanlarda fərqli hisslərə qapılaraq dövlət başçısına qarşı davranışını dəyişdirməməlidir. Ona bir haqsızlıq edilsə belə, millətin hüzurunun pozulmaması üçün buna qatlaşmalıdır. Rəhbər vəzifəyə gətirilən bir şəxsin əmrinin ziddinə gedilməməlidir.

Sevgili Peyğəmbərimiz qarışıqlıq dönəmində aşağıdakıları tövsiyə etmişdi: İnsan imanını hər şeydən üstün tutmalı, onu qorumağa çalışmalı imanlı olaraq ölməyə səy etməlidir; fitnə zamanlarında, ümumiyyətlə, yaşla quru, yaxşı ilə pis bir-birinə qarışır. İnsanlar məntiqi davranmaqdan daha çox hissə qapılaraq davranırlar. Ona görə müsəlmanlar bir-birlərinə əsla düşmən gözüylə baxmamalı "bu, kafirdir", "bu, münafiqdir" deyə bir-birlərini günahlandırmamalı, bir-birinin ölümünə fətva verməməlidirlər; hər kəs özü üçün istədiyini digər müsəlman qardaşı üçün istəməli, özü üçün istəmədiyi pis şeyləri  digər qardaşı üçün istəməməlidir; qanuni bir dövlət başçısına gücü yetdiyi qədər itaət etməli, birlik bərabərliyin davamı üçün əlindən gələni əsirgəməməlidir.

Digər hədislərə diqqət edək. Hz.Peyğəmbər buyurur: "Mənə itaət edən Allaha itaət etmiş, mənə qarşı çıxan Allaha qarşı çıxmış olar. Dövlət başçısına itaət edən mənə itaət etmiş, dövlət başçısına qarşı çıxan mənə qarşı çıxmış olar" (Müslim, İmarə 32, 33; Nəsai, Beyət, 27), yaxud: "Kim dövlət başçısına xəyanət edərsə, Allah da ona xəyanətinin əvəzini verər" (Tirmizi, Fitən 47).

Bu hədislər dövlət başçısına itaətlə bağlıdır. Rəsuli-Əkrəm dövlət başçısına itaət etməyi Peyğəmbərə dolayısilə Allaha itaətlə bir tutmaqla "Kim Peyğəmbərə itaət edərsə, həqiqətən, Allaha itaət etmiş olar" (ən-Nisa, 4/80) ayəsinə işarə edib. Müsəlmanların hüzuru əmin-amanlığı, güclü bir dövlətin bərqərar olması üçün sözü dinlənilən bir dövlət başçısına ehtiyac vardır. İnsanlar öz idarəçiləri ətrafında sıx birləşdikləri təqdirdə heç bir düşmən onların birliyini diriliyini poza bilməz. Dövlət başçısına dəstək verilməsi dövləti gücləndirər, dövlətin dövlət, millətin millət olaraq vəzifələrini mükəmməl şəkildə icra etməsini təmin edər. Deməli, dövlət başçısına onu təmsil edən şəxslərə itaət etmək həm Allahın, həm Peyğəmbərin əmridir. Çünki dövlətin millətin birliyi bütövlüyü buna bağlıdır. Dövlət başçısına xəyanət etmək qəti şəkildə yasaq edilir.

Uca Allah Qurani-Kərimdə buyurur: "Biz bu axirət yurdunu yer üzündə lovğalıq etməyənlərə fəsad törətməyənlərə nəsib edirik. Nəticədə, qazananlar pislik etməkdən çəkinənlərdir" (əl-Qəsəs, 28/83). Ayədə bəhs edilən axirət yurdu Allah-Təalanın mömin qullarına ikram etdiyi cənnətdir. Cənnəti qazanmaq üçün yer üzündə lovğalıq mənəm-mənəmlik etməmək, haqqı çatmayan bir şeyə göz dikməmək, bacarığı xaricində olan işlərə talib olmamaq, yəni layiq olmadığı bir işə təyin edilmək üçün dəridən-qabıqdan çıxmamaq, "vəzifə ölüsü" olmamaq nəticə etibarilə fəsad törətməmək şərtdir. Dövlət rəhbərindən hər vasitə ilə mühüm postlara təyin edilməsini istəyənlər vəzifədən sui-istifadə etməyə meylli olduqlarından, Rəsuli-Əkrəm vəzifə eşqi ilə yanıb-qovrılmanı doğru saymamışdır. Özü arzu etmədən vəzifə təklif olunan şəxs bu təklifi qəbul etməlidir. Çünki belə şəxslərin hər hansı bir vəzifə ehtirası olmayacağı təqdirdə, onlar Allahın yardımı ilə əhatə olunar. Amma vəzifəyə öz arzusu ilə təyin edilən kimsə problemlərini öz qabiliyyəti ilə çözmək zorundadır. Çünki o cür ehtiras sahiblərinə Allah yardım etməz.

Vəzifə bir əmanətdir, əmanətə xəyanət isə əfv edilməzdir. Rəsulullah, bu əmanəti qəbul edib layiqincə öhdəsindən gələnlər istisna olmaqla, əslində vəzifənin qiyamət günündə bir peşmanlığa səbəb olacağını xəbər verib. Allah Rəsulu buyurur: "Siz vəzifəyə çox can atırsınız. Halbuki həsrətini çəkdiyiniz o vəzifə qiyamət günündə bir peşmanlığa səbəb olacaqdır" (Buxari, Əhkam 7; Nəsai, Beyət 39). Kimsə layiq olmadığı öhdəsindən gələ bilməyəcəyi vəzifəyə can atmazdan əvvəl, Allah Rəsulunun xəbər verdiyi qiyamət günündəki acı aqibəti, rəzaləti peşmançılığı yaxşı-yaxşı düşünməlidir. Buradan belə qənaətə gəlmək olar ki, əvvəla, idarəçilik vəzifəsinin olduğunu bilməyən kəs əsla bu işi  tələb etməməlidir. İkincisi, dövlət qulluğuna keçən kimsə vəzifəsinin məsuliyyətini dərk etməli, vəzifəsinə əsla xəyanət etməməlidir dövlət idarəçiliyində vəzifə tutan, vəzifəsinin öhdəsindən haqqı ilə gələn şəxslərin mənəvi mükafatı çox böyükdür. Digər tərəfdən isə, öhdəsindən gələ bilməyəcəyi bir vəzifənin altına girən şəxs axirətdə min dəfə peşman olacaq. Mühüm cəhətlərdən biri budur ki, yetim malını lazımi səviyyədə qorumaq son dərəcə dəyərli bir xidmət olub insana böyük savab qazandırar. Bir məqamı da unutmaq olmaz ki, yaxşı ədalətli bir idarəçi qiyamət günündə Haqq-Təalanın ərşinin kölgəsində barınacaq yeddi bəxtiyardan biridir, ona gör vəzifəsini mükəmməl şəkildə bilən öhdəsindən gələn bir kəsin vəzifədən imtina etməsi düzgün deyil, hətta ona təklif edilən vəzifəni qəbul etmək bir zərurətdir.

 





10.10.2014    çap et  çap et