525.Az

"Ermənistan BMT-nin qətnamələrini hələ də qulaqardına vurur"


 

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Eldar İbrahimovun "525"ə müsahibəsi.

"Ermənistan BMT-nin qətnamələrini hələ də qulaqardına vurur"<b style="color:red"></b>

- Eldar müəllim, bugünlərdə ATƏT PA-nın Cenevrədə növbəti payız sessiyası keçirilib Azərbaycan nümayəndə heyətini sözügedən qurumda təmsil edən şəxs kimi həmin təşkilatın İqtisadi məsələlər, elm, texnologiya ətraf mühit üzrə Ümumi komitəsinin iclasında "Təhlükəsizliyin yeni çağırışları: parlamentlərin rolu" mövzusunda müzakirələr zamanı Siz çıxış etmisiniz. Həmin çıxışınızda hansı məqamları daha çox qabartdınız, önə çəkdiniz?

- İqtisadi ekoloji təhlükəsizlik hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir bütün ölkələrin diqqət mərkəzindədir. Bu məsələlər təbii ki, mənim ölkəmin siyasətinin prioritetləridir. Çıxışımda da qeyd etdim, indi bildirmək istəyirəm ki, bu il sentyabrın 20- Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi Cənub qaz dəhlizinin özülünün (fundamentinin) qoyulması münasibətilə təntənəli tədbir keçirildi. "Əsrin müqaviləsi" 1994- ildə, müstəqillik əldə olunandan 3 il sonra imzalandı postsovet ölkələrdən ilk dəfə Azərbaycan dünyanın məşhur neft şirkətləri ilə müqavilə bağladı. Bu müqavilədə 8 ölkədən 13 şirkət iştirak etdi ölkəmizin tarixində Xəzər dənizində beynəlxalq əməkdaşlıq prosesi başladı. Keçən dövr ərzində bu müqavilə 19 ölkənin 41 şirkəti ilə 26 yeni müqavilənin bağlanmasına yol açdı. Azərbaycan parlamenti öz növbəsində bu müqavilələrin hamısını vaxtında təsdiq etdi Azərbaycan neft ehtiyatlarını dünya bazarlarına göndərmək üçün imkanlarını genişləndirdi. Azərbaycanın neft məhsulları Xəzər dənizini Qara Aralıq dənizləri ilə birləşdirən Bakı - Supsa, Bakı - Novorossiysk Bakı - Tbilisi - Ceyhan neft kəmərləri ilə nəql olunur. Yalnız "Azəri - Çıraq - Günəşli" yatağının istifadəsini nəzərdə tutan "Əsrin müqaviləsi" çərçivəsində 1 sentyabr 2014- il tarixinə 384 milyon ton neft ixrac edilib. Əsas ixrac neft kəməri olan "Bakı - Tbilisi - Ceyhan" bu gün yalnız Azərbaycan üçün yox, həm Xəzərin şərqində yerləşən ölkələr üçün fəaliyyət göstərir. Bu kəmərlə indiyə kimi 12 milyon tona yaxın Türkmənistan 4 milyon tondan çox Qazaxıstan nefti ixrac edilib. Çıxışımda da vurğuladığım kimi, "Əsrin müqaviləsi" iqtisadi, geostrateji siyasi dividendlər gətirməkdən başqa, həmçinin, Azərbaycana imkan yaratdı ki, öz tərəfdaşlarının, o cümlədən, dünyanın Avropanın bəzi ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynasın. Bununla da Azərbaycan dünya bazarında özünü etibarlı tərəfdaş kimi göstərdi...

-O da var ki, Azərbaycan yalnız neftlə yox, həm təbii qazla da zəngindir...

- Tamamilə, doğrudur. Mən çıxışım zamanı elə bu məqamı önə çəkdim qeyd etdim ki, 2007-ci ildə Cənub qaz dəhlizinin birinci hissəsi olan - Bakı - Tbilisi - Ərzurum kəməri istifadəyə verildi, Azərbaycan özünü dünyada qaz ölkəsi kimi tanıtdı. 20 sentyabr 2014- ildə isə "Şahdəniz" qaz yatağının ehtiyatlarından istifadə edən Trans - Anadolu (TANAP) qaz kəmərinin tikintisinin fundamenti qoyuldu. Çıxışım zamanı bildirdim ki, bu layihəyə ilk mərhələdə, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə isə Monteneqro, Xorvatiya Avropanın digər ölkələri qoşula bilər. TANAP layihəsinin birinci mərhələsinin smeta dəyəri 45 milyard dollar olmaqla 2018-ci ildə istifadəyə veriləcək onun illik gücü 8 ildən sonra 31 milyard kubmetrə çatacaq. Onu da vurğuladım ki, "Əsrin müqaviləsi"nin 20 illiyi ilə bağlı təntənəli yığıncağın iştirakçıları da bu layihənin Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyəti olduğunu yüksək qiymətləndirdilər. Avropa Komissiyasının sədri cənab Joze Manuela Barrozu isə özünün vidio müraciətində bildirdi ki, bu layihə yalnız boru kəməri deyil, həm Avropanın vacib strateji enerji dəhlizidir 21-ci əsrin layihəsi olacaq. Onu da qeyd etmək istəyirəm ki, mövcud neft-qaz infrastrukturun genişləndirilməsi dövlətlər xalqlar arasında davamlı əməkdaşlığı, habelə istehsalçı tərəfdaş ölkələrin dinamik inkişafını təmin edir. Bu layihələr sayəsində Azərbaycan iqtisadiyyatı son on ildə dünya miqyasında yüksək sürətlə inkişaf edən iqtisadiyyat olub. Lakin bizim qonşumuz olan Ermənistan BMT-nin digər beynəlxalq təşkilatların qətnamələrini qulaqardına vuraraq hələ bizim ərazinin 20 faizini işğalda saxlamaqda davam edir bununla da özünü təcrid etməklə bu layihələrdən kənarda qalıb. Bu məqamı da bir daha ATƏT PA deputatlarının diqqətinə çatdırdım sözlərimə əlavə etdim ki, mənim ölkəm neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı ətraf mühitin mühafizəsi sahəsində konkret işlər görür. Çünki bütün neft-qaz layihələrində ətraf mühitin mühafizəsi məsələləri diqqət mərkəzində olub. Bu baxımdan da, bugünlərdə Azərbaycan parlamenti "Yaşıllıqlar haqqında" qanun qəbul edib...

-Yeri gəlmişkən, eşitdiyimizə görə, həmin müzakirələr zamanı Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanla azərbaycanlı parlamentarilər arasında mübahisə, gərginlik yaşanıb...

- Bəli, doğrudur. Bu yerdə xatırlatmaq istəyirəm ki, mən hələ bu ilin əvvəlində ATƏT PA-nın Avstriyanın Vyana şəhərində keçirilən ənənəvi qış sessiyasında çıxışım zamanı Sərsəng Su Anbarı məsələsini qaldırmışdım qeyd etdim ki, vaxtı ilə Azərbaycan tərəfindən tikilib istifadəyə verilən bu su anbarı artıq 20 ildən çoxdur ki, erməni işğalındadır, onların nəzarətindədir. Eyni zamanda, dedim ki, həmin su anbarı ilə bağlı Azərbaycan cəmiyyətində xeyli narahatlıqlar var, həmin anbarda hər hansı bir hadisə baş verərsə, Azərbaycanın böyük bir ərazisi xeyli sayda əhalisi su altında qala bilər. Həmin vaxt həmçinin, Ermənistandakı "Metsamor" AES-in nəinki Azərbaycan bölgə üçün, ümumiyyətlə, dünya üçün ciddi fəsadlar törədə biləcəyini diqqətə çatdırmışdım. Ermənistan nümayəndə heyəti o vaxtı mənim bu məsələ ilə bağlı ittihamlarıma cavab verə bilməmişdi, odur ki, payız sessiyasında keçirilən məlum müzakirələrdə yaranan fürsətdən istifadə edib, mənə cavab vermək istədilər yenə əsassız, qeyri-obyektiv, ən əsası anti-Azərbaycan ruhlu mövqe sərgilədilər. Xüsusilə, adını çəkdiyiniz Artaşeş Geqamyan. Məndən sonra nümayəndə heyətimizin digər üzvü Rəbiyyət Aslanova da həm Sərsəng Su Anbarı, həm "Metsamor" AES problemi ilə bağlı öz fikirlərini bildirdi, geniş, ətraflı izahatını verdi. Çıxışımda da bəyan etdiyim kimi, çox təəssüf ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində indiyə kimi flora faunanı məhv edir, torpağı, suyu havanı toksiki sənaye tullantıları ilə çirkləndirir. Ermənistan nəzarətsiz qalan bu ərazilərdən köhnəlmiş "Metsamor" Atom Elektrik Stansiyasının tullantılarını basdırmaq narkotiklər yetişdirmək üçün istifadə edir. Bununla da Ermənistan regionun iqtisadi ekoloji təhlükəsizliyinə böyük ziyan vurur. Hesab edirəm ki, Ermənistanın ATƏT-in prinsiplərinə xələl gətirən hüquqazidd hərəkətlərinin qarşısının alınması vaxtı yetişib bu məsələdə ATƏT Parlament Assambleyası özünün konkret sözünü deməlidir. Çünki iqtisadi ekoloji təhlükəsizlik sahəsində hərtərəfli əməkdaşlığın inkişafı üçün yalnız daxili münaqişələrin yox, həm ATƏT- mövcud olan dövlətlərarası münaqişələrin həll olunmasının əhəmiyyətini başa düşməkdə bu məsələlərin böyük əhəmiyyəti var. Ona görə Ermənistan nümayəndəsinin çıxışı ilə əlaqədar onu da bildirdim ki, biz çox təəsüf edirik ki, onlar özlərinin heç bir əsası olmayan təbliğat aqressiv dövlət siyasətlərini yeritmək üçün bir daha bu sessiyadan sui-istifadə edirlər. Ancaq onu da qəti əminliklə qeyd etdim ki, Azərbaycan Respublikası bundan sonra da ATƏT-in bütün üzvləri ilə iqtisadi geosiyasi əlaqələri genişləndirəcək, Avropanın enerji iqtisadi təhlükəsizliyinin təmin edilməsində özünün mühüm rolunu saxlayacaq.

K.HƏMZƏOĞLU

 





10.10.2014    çap et  çap et