525.Az

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət


 

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda 

M.Ə.Rəsulzadə hansı ölkədə yaşamasından asılı olmayaraq qəriblik hissi qürbət acılarını Azərbaycan sevgisinə tabe tutur, "Mən qürbətdə deyiləm, qürbət mənim içimdə" məntiqi ilə tanrı payı hesab etdiyi taleyinə yazılan yolun məşəqqətlərinə dözməyi doğru bilirdi. Elə həmin biliklə qürbətdə dostları həmfikirlərinin adını "Azərbaycan davası" qoyduğu ideoloji siyasi mübarizənin önündə gedirdi. Hətta bu yolda bəzən dönüklərə, sovet Azərbaycanından aldığı kədərli xəbərlərə, iftira, yalan təhqir dolu məqalələrə, "ədəbiyyat nümunələrinə" tuş gəlsə taleyinə yazılanlar inadla dözür, bir sıra hallarda Azərbaycanın haqq davasına xidmət edənlərin sovetlərə güzəştli yazılarına belə baxmadan onların haqqında rəğbətlə danışırdı. Bu işin təhlükəli olduğunu bildiyindən M.Ə.Rəsulzadə ədəbi gəncliyin qayğısına qalır, onların qorunmasını vacib bilirdi. O öngörücülüklə yazırdı: "Azərbaycanın həmlələr həyəcanlar tərənnüm edən coşqun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyzli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli həzin qismətinə qatlanmaq zərurətinə düşdü.

Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı.

Lakin Sovet işğal hökuməti milli Azərbaycan ruhunu çürütmək burada "proletkult" deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərində müvəffəq ola bilmir, bu üçün o, özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin bəzən sərtliyini, bəzən diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin ağır işləri ilə məşğul idilər" ("Çağdaş Azərbaycan ədəbiyyatı")...

1937-ci il repressiyasının zəhərli küləklərinə baxmayaraq real həyat şərtləri ilə yaşayan ədəb gənclik öz yaradıcılıq potensialını qoruya bildi. Onlar  "hücum"çu şeirlər, siyasi fikirlər, kommunistcəsinə partiyalı düşüncələr - "bilərəkdən bilməyərəkdən" - ifadə etsələr , "Baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün" (Səməd Vurğun) söyləməyi, Azərbaycan insanının mənəvi dərinliklərinə nüfuz etməyi bacardılar, həmin səbəbdəndir ki, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim başqalarının II Dünya müharibəsi ərəfəsi ondan sonra "ölməyən əsərlər" yazdığını görürük. "Muğan", "Dünya", "Şair tez qocaldın sən", "Mən tələsmirəm" (S.Vurğun), "Rənglər", "Sarı dana", "Qızılgül olmayaydı" (R.Rza), "Nəbrizim", "Ana pomtalyon",  qəzəllər (S.Rüstəm) onlarla əsər sair həmin qəbildəndir. Eyni axtarış meyli nəsr, dramaturgiya, tənqid publisistikada da müşahidə olunmaqdadır.

"Kommunizm kabusu"nun (K.Marks) doğurduğu qorxunc total hakimiyyət adamı İ.V.Stalinin taleyinin şəxsiyyətə pərəstişlə sonuclanması ictimai şüurda ədəbiyyatda klassik kommunist tipinin faciəsinə səbəb oldu. Yalnız Mirzə İbrahimovun "Böyük dayaq" romanındakı Rüstəm kişini xatırlamaq yetərlidir. Ümumiyyətlə, 1950-ci illərdə tənqid olunan konfliktsizlik nəzəriyyəsinə görə ziddiyyətsiz cəmiyyət kimi təsvir edilən sovet cəmiyyətinin üzünü göstərmək, xalq həyatının uyğunsuzluqlarını təhlil etmək, baş qəhrəman, müsbət qəhrəman kimi verilən kommunist manekenləri canlı insan surətləri ilə əvəz etmək, onların arzu ideallarını, zəngin psixoloji aləmini əks etdirmək ədəbiyyatının ən mühüm vəzifələrindən sayılırdı. Bu zaman ictimai-tarixi gerçəklikdəki dəyişmələr bədii ədəbiyyatın "məhvəri" olan konfliktlərin gücləndirilməsinə meydan açır, yazıçı "mən"ində ifadə olunan lirizm, romantika psixoloji təhlil yeni ədəbiyyat nümunələrinin məzmun süjet xəttini təkmilləşdirirdi. Həmin prosesin 1960- illərdə daha da gücləndiyini, məşhur 60-cılar ədəbi nəslinin yeni dalğa ədəbiyyatı yaratdığını isə Azərbaycan ədəbiyyatşünaslığı artıq xeyli vaxtdır ki, təsbit edib.

Azərbaycan ədəbiyyatının sovet dövrünü araşdırarkən indi hər birimiz bunun şahidi olmaqdayıq ki, o zaman "hökumətin sərtliyini bəzən, bəzən diplomatca yumşaldığını dadanların sayəsində Nikita Xruşşovdan sonra milli ədəbi-mədəni hərəkatın tipologiyasında ikili səciyyə zühur etməyə başladı. Bunlardan birincisi Azərbaycan sovet ədəbiyyatı, ikincisi daha güclüsü isə Sovet dövrü Azərbaycan ədəbiyyatı idi. İkinci istiqamət əslində ümumazərbaycan şüurunda azadlıq istiqlal ruhunun qorunmasına, çağdaş müstəqillik dövrü ədəbiyyatımızın təməlinə çevrildi hazırda onun qida mənbəyi, enerji qaynağıdır.

"Ədəbiyyat xalq həyəcanının tərcümanıdır"- söyləyən M.Ə.Rəsulzadə istər müasir, istərsə klassik ədəbiyyatı təhlil müstəvisinə gətirərkən onu bədii-estetik dəyərinə görə qiymətləndirməyi vacib bilir, sənətkardan ideya-siyasi həqiqətlərindən daha çox, "təbii həyat şərtləri içində" olan gerçəklərin əksini tələb edirdi. Həmin mövqedə dayandığına görədir ki, Nizami Gəncəvi Məhəmməd Füzulinin "Leyli Məcnun" əsərlərini müqayisə edən mütəfəkkir-şəxsiyyət tənqidi düşüncəsində bədii-estetik prinsiplərə üstünlük verərək yazırdı: "Nizami təbii həyat şərtləri içində keçən fövqəltəbii bir eşqin dastanını yazdığı halda, Füzuli bizə təbii həyat qayğılarından sıyrılan ilahi bir eşqin xəyalını təsvir etmişdir. İkisi öz növündə orijinal bir şair, hekayətləri orijinal bir əsərdir. Burada bənzətmədən bəhs oluna bilməz; hələ tərcümə ağıla belə gəlməz.

Bu iki orijinal əsərdən əcəba hankısı daha yüksəkdir? - deyə bir sual qarşısında qala bilərik. Etiraf edirik ki, belə bir suala cavab verməkdə özümüzü aciz sayırıq.

Çünki  hər iki  əsər öz növündə orijinal, öz novündə böyük öz növündə yüksəkdir. Nizami , Füzuli klassik Şərq ədəbiyyatının ölçüyəgəlməz bir varlığıdır. Ölçüyə gəlməyənləri qarşılaşdırmaq da söhbət mövzusu ola bilməz.

Böyüklük, kiçiklik kimi nisbi anlayış xaricində iki şah əsərin özünə xas keyfiyyətlərini söyləmək lazım gəlirsə, ancaq bunu deyə bilərik: Nizami - Məcnunu şeirləşdirmişsə, Füzuli - şeiri Məcnunlaşdırmışdır!.. (6 noyabr 1941 -ci il, Buxarest;  ("Ədəbiyyat" qəzeti, 6 dekabr 2013- il).

M.Ə.Rəsulzadə mühacirət dövrü ədəbi-tənqidi məqalələrində sovet Azərbaycanında formalaşan siyasi ədəbiyyatşünaslığın  mahiyyətini aydınlaşdırır, onun ideoloji prinsiplərini şərh edir, yalnız müasir ədəbi-bədii prosesdən deyil, klassiklərin (istər Azərbaycan, istərsə dünya klassikləri olsun) əsərlərində belə kommunist tipi kommunizm xülyasına uyğun gələnlərin qabardılmasında siyasi məqsədlərin güdülməsini nəzərə çatdırır ciddi şəkildə tənqid edirdi. Bu zaman o, tarixilik bədiilik tələblərinin unudulmasını, siyasi məqsədlərə qurban verilməsini ədəbi-tarixi materiallarla əsaslandırır, hər bir ədəbi şəxsiyyət, fakt, hadisə problemi mövcud tarixi mühit daxilində tədqiq təhlil etməyi, öz dövrünün kontekstində obyektivliklə qiymətləndirməyi vacib sayırdı. Marksist-leninçi materialist metod ateist düşüncə ilə tarix hadisələrinə qiymət verən sovet ədəbiyyatşünaslarının saxtakarlığını, onların tarixi təftiş etməsini, siyasi məqsədlərlə fakt sənədləri təhrif etməsini klassik ədəbi irsdə sosialist gerçəkliyi, kommunist ideallarına məxsus "müasirlik" axtarmasını həmin mövqedən tənqid edən M.Ə.Rəsulzadə bədii sənətkarlıq tarixilik tələblərinin unudularaq Nizami Gəncəvinin əsərlərində utopik sosializm kommunizm axtarışını doğru saymır, ədəbi-tarixi qəhrəmanların müasir kommunist tipinə uyğunlaşdırılmasını yanlış bilirdi. Faktın, sənədin, gerçək olanın, tarixi, həqiqətin rənginin müasir zamanın siyasi ab-havasında dəyişdirilməsini (Allah Səməd Mənsura rəhmət eləsin. "Həpsi rəngdir" şeiri yada düşür) Azərbaycanda təcavüzün tərkib hissəsi sayılırdı.

M.Ə.Rəsulzadənin, onun ideya, əməl qələm dostlarının ifadə etdiyi azərbaycançılıq ideologiyasından doğan yaradıcılıq prinsipləri, nəzəri-estetik mövqe müasir müstəqillik dövrü ədəbiyyatşünaslığımızın, çağdaş Azərbaycanda ictimai humanitar elmlərin metodoloji əsasını təşkil edən ən etibarlı dayanıqlı mənbədir. Çünki onlar tarixən Azərbaycanda formalaşan zəngin mədəni-mənəvi dəyərlərin cəmindən qaynaqlanır diqqətəlayiq haldır ki, Azərbaycan yenidən müstəqillik qazanan kimi, elmi-nəzəri, ictimai-mədəni faydalılığına görə bu yaradıcılıq fəaliyyət konsepsiyası dövlət səviyyəsində qorunmağa başlandı.

M.Ə.Rəsulzadə ədəbi-tənqidi araşdırmalarında adətən kiminsə bu ya digər mülahizələrinə deyil, tarixi fakt, hadisə, şəxsiyyət, problem sənədlərə istinad edir, ədəbi mənbə arxiv materiallarına əsasən mülahizə yürüdür, elmi-nəzəri fikir söyləyirdi. Bu isə onun yaradıcılığında akademizmin gücləndirilməsinə səbəb olur, dünya şərqşünasları ilə mübahisə mükalimə aparmasına imkan verir, görkəmli ictimai-siyasi xadim tənqidçinin ədəbiyyatşünas-alim, habelə tənqidçi obrazının yaradılmasına, söylədiyi fikirlərin etibarlılıq dərəcəsini artırmağa təsir göstərirdi. Çünki filosof müdrikliyi siyasətçi həssaslığını öz şəxsiyyəti təbiətində yaradıcılığının ilk illərindən ömrünün sonunadək yaşadan M.Ə.Rəsulzadənin qiymət meyarı hər zaman həqiqət idi; həqiqət yalnız həqiqət. Heç şübhəsizdir ki, yaşam yaradıcılıq yolunu  o ilk "böyük demokrat" hesab etdiyi Həsən bəy Zərdabinin "Əkinçi" "Quran"dan iqtibas edərək söylədiyi "qövl-əl-həqq lakin mürr" (həqiqəti söylə lakin acı olsa da) fikrindən faydalanaraq seçmişdir. Elə belə oldu Ankarada 1955-ci ildə üç dəfə "Azərbaycan" deyərək dünyasını dəyişənədək yaşadığı bir qərib ömrü ilə deyilənləri təsdiqlədi.

Son

 





10.10.2014    çap et  çap et