525.Az

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi müzakirə edilib


 

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi müzakirə edilib<b style="color:red"></b>

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşdə Azərbaycanın təşkilata üzvlük prosesi müzakirə edilib.

525.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında bildirib.

"Azərbaycan və ÜTT arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq. COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib

 





06.06.2024    çap et  çap et