525.Az

BMT TŞ-nin 5 qeyri-daimi üzvü seçilib


 

BMT TŞ-nin 5 qeyri-daimi üzvü seçilib<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurasının beş yeni  qeyri-daimi üzvü seçilib.

525.az xəbər verir ki, Baş Assambleyada keçirilən səsvermənin nəticələrinə əsasən 
Yunanıstan, Danimarka, Pakistan, Panama və Somali 2025-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının  müvəqqəti üzvləri olacaqlar. 

Təhlükəsizlik Şurasının yeni üzvləri səlahiyyət müddəti 2024-cü il dekabrın 31-də başa çatacaq Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı əvəz edəcəklər. 
BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü var və beş dövlət rotasiya çərçivəsində hər il dəyişir.

BMT TŞ-ya 15 dövlət daxildir: beş daimi üzv - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. "Böyük beşlik"dən fərqli olaraq qeyri-daimi üzvlər veto hüququna malik deyillər.
 

 





06.06.2024    çap et  çap et