525.Az

İsmayıl Qaspiralının qadın mövzusuna baxışı


 

İsmayıl Qaspiralının qadın mövzusuna baxışı<b style="color:red"></b>

XIX əsrin sonu, XX əsrin əvvəlləri Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin atası müəllimi, xalq maarifi islahatçısı, üsuli-cədid hərəkatının tatar mətbuatının banisi, türkçülük hərəkatının mərkəzi siması (Y.Akçura) olan İsmayıl bəy Qaspiralının bütün ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti bir konsepsiya olaraq millətinin taleyi ilə bağlanıb, mənsub olduğu millətin gələcəyi ilə bağlı " etməli?" sualına cavab tapmaqda əhəmiyyətli rol oynayıb.

63 illik mənalı ömrünün 33 ilini Türk-İslam dünyasının vacib problemlərinin həllinə həsr edən, "dildə, fikirdə, işdə birlik" ideyasının reallaşmasına var gücü ilə çalışan, yaradıcılığının ictimai fəaliyyətinin ana xəttində milli düşüncə ideallarının təbliği tətbiqi dayanan İ.Qaspiralının həm bədii, həm publisistik yaradıcılığında qadına münasibət bir problem kimi xüsusi əhəmiyyətli yer tutur. İ.Qaspiralı: "...Alemi-insaniyətin yarısı kadınlar olduğu halda maişet, rahat, seadet ve mesudiyeti insaniye nazarından kadınların ne kadar ehemiyetli oldukları anlaşılıyor" (İ.Qaspiralı. Seçilmiş əsərləri, II cild, İstanbul, 2008, səh287) - deməklə problemin aktuallığına diqqəti yönəldə bilir. O, 1903- ildə "Tərcüman" qəzetində çap etdirdiyi "Qadınlar" başlıqlı yazısında qadınların vəzifələri, Şərq Qərb qadınlarının müqayisəsi, qadınların hüquqları s. ilə bağlı fikirlər söyləyib, ən vacib məsələlərinin təhlilinə yer ayırıb. Qaspiralı belə hesab edirdi ki, əgər qadın dünyaya uşaq gətirirsə, onu qucağında böyüdürsə, ona döşündən süd verirsə, bu insanlar onun vasitəsilə dil öyrənib ədəb-kamala çatırsa s. nəyə görə onun hüquqları tapdanmalı, cəmiyyətdəki mövqeyi aşağı olmalıdır. Buna görə 14 milyonluq Rusiya müsəlmanları ümumən dünya müsəlmanları içərisində yaşayan qadınların hünər mərifətlərinin yüksək olmasına baxmayaraq, onların ictimai fəaliyyətlərinin sosial hüquqlarının mövcud vəziyyəti İ. Qaspiralını narahat etməyə bilməzdi. "Hər evə bir qadın necə lazımsa, hər qadına da elm o cür lazımdır" deyən dahi şəxsiyyət qadınların ilk növbədə təhsilli olmasının vacibliyini qeyd edir, cəmiyyətin formalaşmasında, nicatında tərbiyəsində savadlı qadının rolunu yüksək qiymətləndirirdi. Çünki İ. Qaspiralının nəzərincə təhsili tərbiyəsi olmayan qadın onun üçün vacib olan 3 vəzifəni - qadınlıq, analıq rəfiqəlik şərtlərini yerinə yetirə bilməz, nəticədə tərbiyə verəcəkləri bisavad qalar, dünya insan ömrü fəna olar.

Maraqlı odur ki, İ.Qaspiralı qadının 3 vəzifəsindən danışarkən kişilərin üç vəzifəsi olduğunu qeyd edir. (kocalık, babalık, refiklik) O belə hesab edir ki, həm atanın, həm ananın vəzifələri eynidirsə, demək onların cəmiyyətdəki hüquqları da eyni olmalıdır. Ona görə ki, "kadınlığa girmiş, yaki ana olmuş bir kadın kocasının yoldaşıdır, refikasıdır. Dünyada beraber çalışıp, beraber yaşayacaklar. Beraber evlat yetiştirecekler. Bu halde kadın-koca bir vücut haline girer, ikisi bir insan, ikisi bir bina, bir hane olmuş olup, ikisinin fayda ve zararı, kıvancı kaygısı birleşir. Çalışmak, yemek, yaşamak hep beraberdir" (İ.Qaspiralı.Seçilmiş əsərləri,II cild, İstanbul, 2008, səh.287)

Əgər İsmayıl Qaspiralının roman hekayələrində qadın problemi bədii yanaşmada həllini tapırdısa, onun publisistikasında bu məsələyə elmi-nəzəri, praktik-həyatı münasibət bildirilirdi. Ancaq hər iki halda böyük şəxsiyyətin narahatçılıqları ifadə olunur, ruhuna hakim kəsilən milli duyğuların təzahürü özünəməxsus tərzdə diqqəti cəlb edir.

"Dünyada ne kadar er kişi var ise o kadar da kadın-kız vardır" deyən İ.Qaspiralı qadın problemi konteksində daha vacib əhəmiyyətli cəhətləri diqqətə çatdırır. Əlbəttə, İ. Qaspiralının bu tezisi bir neçə baxımdan əhəmiyyət daşıyır. Əvvəla biz burada təxmini olaraq XIX əsr qadın kişi say nisbətinin dünya mənzərəsi ilə tanış oluruq. Lakin görkəmli ədibin dünyada qadın kişilərin bərabər sayda olmasını təqdim etməkdə məqsədi başqa olmuşdur. O, say baxımından qadınla kişilərin bərabərliyinə rəğmən cəmiyyətin formalaşmasında qadının kişilərdən üstün mövqedə olmasını diqqətə çatdırır. İ.Qaspiralı bu cür yanaşması ilə insanların tərbiyə formalaşmasında qadın rolunun səviyyəsini müəyyənləşdirir belə bir qənaətlə çıxış edir ki, bir şəhər vilayətin qadınları cahildirsə, ümumiyyətlə həmin şəhər vilayətin əhalisinin yarısı cahil olar. Ona görə ədibin "bir qızın tərbiyəsi iki oğlan tərbiyəsindən əfsəldir" qənaəti tərbiyə təhsil məsələsində qadının rolunun əhəmiyyət dərəcəsini müəyyənləşdirən göstəriciyə çevrilir. Ədibin qadınla əlaqədar düşüncə görüşləri ictimai-siyasi həyatımızda xüsusi bir mərhələ kimi diqqəti cəlb edir. Bu gediş əslində İ.Qaspiralının Şərqdə qadın hüquqsuzluğuna qarşı etirazı kimi qiymətləndirilməlidir. Yəni o, demək istəyir ki, əgər qadınla kişilərin sayı bərabərdirsə, lakin qadınlar cəmiyyətin formalaşmasında kişilərdən öndə dayana bilirsə, ictimai yükün böyük bir hissəsi onların çiyinlərindədirsə onda nəyə görə qadın köləliyi, qadın hüquqsuzluğu hökm sürsün?

Maraqlıdır ki, İ.Qaspiralı qadın azadlığını onların hüququ kimi təqdim edir. Lakin bununla yanaşı o, azad yaşamağı onların hüquqları kimi təqdim etsə , bu hüquq uğrunda mübarizə aparmağı isə onların borcu hesab edir. O, bütün qadınlara üz tutaraq onları "biz qadınıq, bizim cəmiyyətdə rolumuz ola bilər" düşüncəsindən uzaq olmağa çağırır. "Biz kadınız, "bizde ne ve ne ehemiyet vardır" deyü hata etmeyinüz. Dünyanın ve beni ademin tam yarısı olduktan maqda (olmanın dışında) bazı huzusata er kişilerden daha böyük derecede bulunuyorsunuz." (İ.Qaspiralı. Seçilmiş əsərləri, II cild, İstanbul, 2008, səh.288)

İ.Qaspiralı qadına adi insan deyil, insanlığa böyük sənət hörmət gətirmiş tərbiyəçi insan kimi baxır. Bu ideya onun əksər bədii əsərlərində hakim mövqe tutur. O, "Firəngistan məktubları", "Darürrahat müsəlmanları" , "Sudan məktubları" , "Qadınlar ölkəsi" , "Aslan qız" romanlarında, "İvan Süleyman" , "Hacının fərasəti" , "İki imam" s. hekayələrində bir sıra cəhətlərlə yanaşı, müsəlman mühiti fonunda qadın probleminə toxunmuşdur. İlk növbədə onu qeyd etməliyik ki, adları çəkilən əsərlərdə qadına münasibət, cəmiyyətdə qadının rolu İ.Qaspiralını daim düşündürən məsələ kimi həllini tapmışdır. Müəllif Jozefinin, Marqaritanın ("Firəngistan məktubları") ("Darürrahat müsəlmanları"), Malikənin ("Qadınlar ölkəsi"), Gülcamalın ("Aslan qız"), Süleymanın anasının ("İvan Süleyman") , "Hacının fərasəti" , "İki imam" əsərlərindəki qadın obrazlarının simasında şərq qadınının mövcud şəraitini təhlil etmiş, onların dünyagörüşünün, hadisələrə baxışını səciyyələndirə bilmiş, millətin tərəqqi etmək yollarının nədən ibarət olduğunu açıqlamışdır.

Müəllif "Darürrahat müsəlmanları" romanında Marqaritanın simasında qadın üçün örnək ola biləcək bir çox mətləblərdən söz açır. Əsasən bu obrazın elmə, təhsilə olan marağı, cəmiyyətdəki mövqeyini elmi əsaslara uyğun tənzimləmə səriştəsi İ. Qaspiralının maarifçi görüşlərinin təbliği kimi xarakterizə oluna bilər. Böyük ədib dünyanı gəzdikcə, millətlərin halı ilə tanış olduqca belə bir qəti fikrə gəlir ki, türk müsəlman millətinin, həm qadınının gələcək səadət yolu təhsil elmdədir. Yəni, o, Jozefin, Marqarita obrazlarının timsalında yaxşı olan cəhətləri şərqə - müsəlman dünyasına transfer etməklə şərq qadının cəmiyyətdə hansı mövqe tutmasını, öz hüquqlarının nədən ibarət olmasını, cəmiyyətin isə öz növbəsində qadın qarşısında hansı vəzifələri yerinə yetirəcəyini ifadə etməklə insanların gözünü açır. Bu tərzin bədii ifadəsi "Sudan məktubları" romanında da yer alır. Əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa imperializminin Şərq istilası, Şərqdə milli-azadlıq hərəkatının güclənməsi, xalqların öz müqəddəratlarını həll etmək uğrunda mübarizəsi digər məsələlər əksini tapır. Lakin İ.Qaspiralı maarif tərbiyəni bütün məsələlərin mərkəzində saxladığı üçün "Sudan məktubları"nda öz idealına uyğun olaraq yeri gəldikcə tərbiyə mədəniyyət məsələlərinə toxunur Molla Abbasın baxışları timsalında fikirlərini ortaya qoyur. Heç şübhəsiz, qadına münasibət cəmiyyətdə qadının rolu İ.Qaspiralını daim düşündürdüyündən o, qadının bütün fəaliyyət dairəsini, ruzigarını təkcə yaşadığı mənzil divarları arasında deyil, geniş ictimai həyat dairəsində təhlilə cəlb edir, çıxış yolunun nədən ibarət olduğunu diqqətə çatdırırdı. Çünki yaşadığı müsəlman mühiti, üzvü olduğu cəmiyyət qadına İslam ehkamları münasibətləri daxilində baxmağı tələb edirdi. İ.Qaspiralı "Sudan məktubları" əsərində İslam ölkələrinin qadınları ilə Avropa qadınlarını müqayisə etməklə fərqləri sadalayır qadını cəmiyyətin aparıcı insanı kimi görmək istəyir:      

"Vakia (gerçi) İslam ve Frenk kadınları beyninde hal ve terbiyede tefavüt çoktur. Frenklerin hakkı inkar olunamaz, bala(çocuk) bakmak, terbiye vermek ve dahi bir derece tabiblik etmek kadınların hüneridir. Bunlar edebli ve pak olsa idiler dünyada birinci avratlar (kadınlar)olurlar idi. Frenk hüneri ve İslam edebi bir yere gelir ise daha güzel olur idi." (İ.Qaspiralı. Seçilmiş əsərləri, I cild, İstanbul, 2005, səh.278)

Müəllif bu cür fərqləri ictimai fəaliyyət dairəsində nəzərə çatdırır şərq qadın passivliyini yenə mühit konteksi ilə bağlamış olur: "Tebrizli kızlar ticaret etmek deyil, belki ataları ve biraderleri etdikleri işlerin neden ibaret olduğunu bilmezler, Frenk kız ise atasının yerinin tutub ticarethaneyi devam etdiriyor." (İ.Qaspiralı. Seçilmiş əsərləri, I cild, İstanbul, 2005, səh.279)

Ümumiyyətlə, Şərq Qərb konteksində qadına müqayisəli yanaşma İ.Qaspiralı görüşlərində mühüm yer tutur. Qeyd edək ki, o, 1903- ildə yazdığı "Qadınlar "adlı məqaləsində bu cür müqayisəyə geniş yer vermiş dəyərli təhlilləri ilə mahiyyəti üzə çıxara bilmişdir. Bir cəhəti vurğulamaq lazımdır ki, İ.Qaspiralının bir şərqli olaraq dünyanın gündoğan tayına məhəbbəti sonsuz olmuşdur. O, Şərqin dünyanın ən qədim yurd yerləri mədəniyyət mərkəzləri olmasını xüsusi olaraq qeyd edir bununla öyünürdü: "Çin, Hint, Babil, eski İran dünyanın ən əski cəmiyyət heyeti medeniyyeleridir. Avrupa cemiyyeti ve devletleri bunlara göre pek genc ve yenidir. Avrupanın en eski hükumeti bin senelik ise Çin dört bir senelik bir heyeti medeniyyedir". (İ.Qaspiralı. Seçilmiş əsərləri, II cild, İstanbul, 2008, səh 294-295)

Lakin onun Şərq-Qərb müqayisəsində Qərbə üstünlük verməsi Şərq cəmiyyətinin Qərbdən geri qalmasının böyük ədibdə doğurduğu narahatçılıqdan irəli gəlirdi. İ.Qaspiralı Qərbin qadına münasibətdə Şərqi üstələməsini, Avropanın dövlət mədəniyyət tarixinin gənc olmasına baxmayaraq qadınlara yanaşmada Şərqdən daha irəli getdiyini, daha mütərəqqi mövqe tutduğunu qeyd edir. "Çin , Hindistan ve eski İran medeniyetleri ve adetleri kadınları pek aşağı derecede bırakıp, hemen-hemen insanlıkdan çıkarmışlar. Erlere verilmiş hak ve müsadenin onda biri kadınlara verilmemiştir"- deye İ.Qaspiralı konkret irad etirazlarını gizlətmir, çarə yolu kimi, cəmiyyətin qadına baxışının dəyişməsini, təhsilin genişləndirilməsini, savadlı olmağın vacibliyini ön plana çəkir.

Şərq qadının geriliyindən hədsiz dərəcədə narahatçılıq keçirən İ.Qaspiralı bu geriliyin səbəbini dinlə bağlayanlara etiraz edir. O, belə hesab edir ki, Şərq qadınının Avropa qadınından geri qalmasının dinlə əlaqələndirilməsi əsassızdır. Hərçənd ki, Qərbin nəzərində bu görüntü bilavasitə İslam müsəlmanlıqla əlaqələndirilsə İ.Qaspiralı Şərq Qərb qadını arasında fərqin səbəbini haqlı olaraq başqa amillərə bağlayır: "Avropada Şark kadınlarınıın iftar derecede meşrute hükuk ve huriyyetlerin bibehre, ulum ve terbiyeden mahrum kaldıklarını İslamiyyete isnat ederler. Avrupalılar büyük hata ediyorlar. Çünkü "Müslime" ile Azya kadını arasında dağlar kadar tefavüt vardır". (İ.Qaspiralı. Seçilmiş əsərləri, II cild, İstanbul, 2008, səh.295-296) Sitatdan göründüyü kimi İ.Qaspiralı haqlı olaraq, Şərq qadınının geriliyinin hüquqsuzsuzluğunun İslamla heç bir əlaqəsi olmadığını irəli sürür, Qərb qadınının tərəqqisini isə onun maariflənməsi ilə bağlayır. Müəllif şərq qadınını iki qrupa bölərək hüquqsuz, cahil "Asiya qadınını" "müsəlman qadınla" müqayisə edir, aralarındakı dağlar qədər fərqin olduğunu xüsusi vurğulayır. Bildirir ki, islamiyyətdən əvvəl qadınlar kişilərin malı "zövq aləti" olsalar da, İslamın qəbulundan sonra "dini-mübin qadınların kişilər kimi Cənabı Haqqın qulları olduğunu bəyan elan edib, insanlıqca bu cür hüquqlarını təyin mühafizə etdi". (İ.Qaspiralı. Seçilmiş əsərləri, II cild, İstanbul, 2008, səh.297). Bu mənada İ.Qaspiralı İslam dininin bərabərçilik xəttini nəinki müdafiə edir, həm təşviq edirdi. O şərq müsəlman qadınının kişilərlə bərabər ibadət etmək, Həccə getmək hüquqlarından tutmuş təhsil almaq, ailə qurmaq, zorla başqasına verilməmək, mal-mülk sahibi olmaq s. hüquqlarının olmasını islami qanunların tətbiqi kimi dəyərləndirir.

İ.Qaspiralı qadının cəmiyyətdəki rolundan danışarkən qadının tərbiyəçi rolunu daha çox təqdir edir, millətin tərəqqisində onun rolunun əvəzedilməzliyini ön plana çəkirdi.

Ümumiyyətlə, Qaspiralı zərif cinsin nümayəndələri adlandırdığımız qadınları həm böyük, həm bəşər cəmiyyətinin əsası hesab edərək tərəqqi etmələrini arzulamış, bəşəriyyətin nicatını qadınların savadlanmasında axtarmış, onların cəmiyyətdə mövqe tutmasını vacib, eyni zamanda faydalı hesab etmişdir. Bir sözlə, İsmayıl Qaspiralı qadını məhdud çərçivədən çıxararaq, onu geniş ictimai-siyasi, milli-mənəvi dairədə təqdim etmiş, cəmiyyət üçün əhəmiyyətli olduğunu diqqət mərkəzində saxlamışdır.

 





10.10.2014    çap et  çap et