Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə həmin məktəbin müəllimi, musiqişünas və uşaq mahnıları müəllifi Sevinc İbrahimovanın “Uşaqların sevinci” adlı musiqili tamaşası müxtəlif vaxtlarda Azərbaycan Bəstəkarlar İttifaqında, Cəfər Cabbarlı adına Teatr Muzeyində, Abşeron Mədəniyyət Mərkəzinin böyük konsert salonunda məktəblilər üçün təqdim olunub.
Azərbaycan Bəstəkarlar İttifaqın sədri, görkəmli bəstəkar Firəngiz xanım Əlizadənin uşaq yaradıcılığına xüsusi diqqəti uşaqlarda stimul yaradıb.
Cəfər Cabbarlı adına Teatr Muzeyinin direktoru Sevinc xanım Mikayılova balacaların uğurlu çıxışını alqışlayıb, S.İbrahimovanın uşaq musiqisi yaradıcılığını yüksək qiymətləndirib.
Ümumən, bu konsertlər silsiləsi tamaşaçılar tərəfindən maraqla izlənilib və uğurla qarşılanıb. S.İbrahimovanın uşaqların rəngarəng həyatını əks etdirən təbiət, ailə, vətən, təhsil mövzulu mahnıları teatrlaşdırılmış mövzular fonunda balaca artistlərin şövqlü ifası ilə yanaşı, tamaşaçıların da diqqətini çəkərək xoş təəssürat yaradıb.
çap et