525.Az

“Utair” Moskvadan Lənkərana uçuşlara başlayı


 

“Utair” Moskvadan Lənkərana uçuşlara başlayı<b style="color:red"></b>

İyunun 22-dən Rusiyanın “Utair” aviaşirkəti paytaxt Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçuşlara başlayacaq.

525.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

Bu “Utair” üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan),Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır.

 





07.06.2024    çap et  çap et