525.Az

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Türkiyəyə gedib


 

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Türkiyəyə gedib<b style="color:red"></b>

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Türkiyəyə yola düşüb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni Qəzzadakı vəziyyətlə bağlı D-8-in fövqəladə iclasında iştirak və çıxış etmək üçün Türkiyənin İstanbul şəhərinə gedib.

 

 

 

 





07.06.2024    çap et  çap et