525.Az

Son üç ildə nə qədər ana ölümü olub?


 

Son üç ildə nə qədər ana ölümü olub? <b style="color:red"></b> Azərbaycanda son 3 ildə 70 ana ölümü faktı qeydə alınıb.

Lent.az-ın rəsmi statistikaya əsasən verdiyi məlumata görə, ötən il (12 ay ərzində) respublikada 25 ana ölümü baş verib. Bu cür ölümlərin əksəriyyəti regionların payına düşür.

Bu ilin 9 ayı ərzində isə 18 ana doğuş zamanı ölüb.

Son belə fakt Xaçmazda baş verib. Belə ki, oktyabrın 9-da Xaçmaz şəhəri,  Müslüm Maqomayev küçəsində yaşayan 1981-ci il təvəllüdlü  Arzu Rəhim qızı İsmayılova  və körpəsi doğuş zamanı ölüb.

Səhiyyə Nazirliyi isə bildirir ki, Azərbaycanda ana ölümlərinin sayı ildən-ilə azalır. Belə ki, 2005-ci ildə 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 26 belə hala rast gəlinib.
 





10.10.2014    çap et  çap et