525.Az

Şair Çərkəz Məcid haqqında yazılmış kitabın təqdimatı keçirildi


 

Şair Çərkəz Məcid haqqında yazılmış kitabın təqdimatı keçirildi<b style="color:red"></b>

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmış mərhum şairimiz Çərkəz Məcidin həyat və yaradıcılığından bəhs edən "İkinci ömür" adlı kitabının təqdimatı keçirilib. 

525.az xəbər verir ki, tədbirə tanınmış şair Yusif Nəğməkar aparıcılıq edib. 

 Çərkəz Məcidin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış üçün ilk söz Çərkəz Məcidin oğlu Əli Çərkəzoğluna verilib. Geniş çıxış edən Əli Çərkəzoğlu tədbir iştirakçılarına və kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Elşad Barata təşəkkürünu bildirib. 

Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, şair Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza,  yazıçı-publisist Bahəddin Həzi, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs, "Mirvari Dilbazi porziya məclisi" İctimai Birliyinin sədri, yazıçı Güllü Tomarlı, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq Qarayev və başqa bir çox ədəbiyyat, mədəniyyət, media nümayəndələri çıxış ediblər. Qiraətçilər tərəfində Çərkəz Məcidin şeirləri səsləndirilib. Sonra xatirə şəkli çəkilib.

 

 





07.06.2024    çap et  çap et