Yay mövsümündə qida rasionunun düzgün tənzimlənməsi sağlamlıq üçün vacib əhəmiyyət kəsb edir. Mütəxəsislər ilk növbədə daha çox su içməyi məsləhət görürlər.
525.az xəbər verir ki, rusiyalı dietoloq Roza Qarasim duz qəbulunu azaltmağı da tövsiyə edir.
Onun sözlərinə görə, müsbət +32 dərəcə və yuxarı temperaturda gündə 3 litrə qədər maye içmək lazımdır. Qablaşdırılmış şirələr, şirin qazlı və mineral su əvəzinə adi su, çay və ya şəkərsiz kompotlar içmək daha yaxşıdır. Həmçinin, isti havalarda duz istehlakı minimuma endirilməlidir - gündə 5 qramdan az olmalıdır.
Dietoloq deyib ki, duz orqanizmdə maye saxlayır ki, bu da ödem və ürək-damar xəstəliklərinə səbəb olur. Yayda ən arzuolunmaz qidalar yağlı qidalar, qızardılmış yeməklər, mayonezli salatlar və hisə verilmiş qidalardır. O, rasiona daha çox təzə tərəvəz və meyvələr daxil etməyi tövsiyə edib.
Eyni zamanda, mütəxəsislər həftədə iki dəfədən çox olmayaraq qırmızı ət yeməyi məsləhət görürlər.
çap et