525.Az

BMT-nin baş katibi İsrail ordusunu “qara siyahı"ya daxil edib


 

BMT-nin baş katibi İsrail ordusunu “qara siyahı"ya daxil edib<b style="color:red"></b>

BMT-nin baş katibi Antonio Qutereş  İsrail ordusunu "silahlı münaqişə zonalarında uşaqlara zərər verən" ölkələrin siyahısına daxil edib.

525.az xəbər verir ki, bu barədə  İsrailin BMT-dəki Daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin baş katibindən İsraili münaqişə zamanı uşaqların müdafiəsini yaxşılaşdırmaq üçün adekvat tədbirlər görməyən ölkələr və silahlı təşkilatlar siyahısına daxil etmək qərarına dair rəsmi bildiriş aldı", - missiyanın şərhində deyilir.
Daimi nümayəndə bu qərardan son dərəcə sarsıldığını və qəzəbləndiyini bildirib. Onun sözlərinə görə,
İsrail ordusu dünyanın ən əxlaqlı ordusudur və bu, yalnız terrorizmi təbliğ edən və HƏMAS-ı mükafatlandıran əxlaqsız bir qərardır.

 





07.06.2024    çap et  çap et