525.Az

"Bakının 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək şansı daha çoxdur"


 

"Bakının 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək şansı daha çoxdur"<b style="color:red"></b> Fransanın nüfuzlu "Les Echos" qəzetində 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarından həhs edən "Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində" başlıqlı məqalə dərc olunub.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məqalədə Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməyə və bununla da dünya ictimaiyyətinə ölkəmizi olimpiada vətəni kimi təqdim etməyə səy göstərdiyi yer alıb.

Müəllif Olivye Bunden qeyd edib ki, regionun aparıcı dövləti olan Azərbaycan bir neçə ildir, inkişaf səviyyəsi ilə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və bununla da Qərb qonşularının diqqətini özünə cəlb edib.

Məqalədə Azərbaycanın iki dəfə Olimpiya Oyunlarına ev sahibliyi etməyə cəhd göstərməsi və sonda istəyinə nail olması xüsusi qeyd olunub. Fransız jurnalist Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışların keçirilməsinə imkan verəcəyini bildirib.

O.Bunden Rusiya, Türkiyə və İranla sərhəddə yerləşən və 10 milyon əhalisi olan ölkəmizin neftlə zənginliyindən bəhs edib, müxtəlif xidmət növləri sektorunu inkişaf etdirməklə və turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Məqalədə Azərbaycan xalqının tolerant sivilizasiya keyfiyyətinə malik olduğu, ölkəmizin Avropa və Asiya
arasında körpü rolu oynadığı, öz coğrafi vəziyyətinə görə mühüm geosiyasi məkanda yerləşdiyi və daha çox Qərbə inteqrasiyaya maraqlı olduğu, Avropaya özünün yüksək inkişafı ilə nəyə qadir olduğunu göstərməyə cəhd etdiyi barədə fransız oxuculara ətraflı məlumat verilib. Habelə, məqalədə 2015-ci ilin iyun ayında təşkil olunacaq Avropa Oyunlarında Avropanın 49 ölkəsini təmsil edən 6 min idmançının iştirak edəcəyi diqqətə çatdırılıb.

O.Bunden gözlənilən etimadı doğrultmaq məqsədilə Avropa Oyunları üçün 65 min tamaşaçı yerlik və bütün
tələblərə cavab verən müasir tipli stadionun tikintisinin sürətlə aparıldığını vurğulayıb.

Avropa Oyunlarına hazırlığın gedişatını izləmək məqsədilə təşkilat komitəsinin artıq dörd dəfə ölkəmizə səfər etdiyi, Oyunların televizor vasitəsilə bütün dünyaya yayımlanacağı məqalədə qeyd olunub. Avropa Oyunlarının keçirilməsində Azərbaycanın xüsusi inadkarlıq göstərdiyini diqqətə çatdıran müəllif qeyd edir ki, bununla da Azərbaycan ölkənin inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq istəyib.

Sonda bildirilir ki, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://www.lesechos.fr/idees-debats/cercle/cercle-110513-azerbaidjan-les-jo-en-ligne-de-mire-1046163.php
 





10.10.2014    çap et  çap et