525.Az

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Bakıya qayıtdı


 

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Bakıya qayıtdı<b style="color:red"></b> Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

525.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
 
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
 





10.10.2014    çap et  çap et