525.Az

Xorvatiya – Azərbaycan matçı isveçrəli hakimin ixtiyarında


 

Xorvatiya – Azərbaycan matçı isveçrəli hakimin ixtiyarında<b style="color:red"></b> AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Azərbaycan matçının hakimləri müəyyənləşib.
 
Lent.az-ın məlumatına görə, qarşılaşma isveçrəli hakim Stefan Ştuderə həvalə edilib. Ştuder yığmamız üçün yad hakim deyil. Belə ki, o, AVRO-2012-nin seçmə mərhələsində Bakıda Avstriyaya qarşı keçirdiyimiz görüşdə (1:4) də ədaləti qorumuşdu. Ona Sandro Pozzi və Yan-Yves Viçt yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Vital Yobin icra edəcək.

Qeyd edək ki, Xorbatiya – Azərbaycan oyunu oktyabrın 13-də baş tutacaq.
 





10.10.2014    çap et  çap et