525.Az

“Bir gənc adam“


 

“Bir gənc adam“<b style="color:red"></b>

Mən bir gənc adamam əlimdə əsa
Üzümdə həyatdan minbir cizgilər...
Mən bir gənc adamam həyat buraxsa
Bir əsir yaşaram yaşlı deməzlər!

Gənc Adam  qarşımda durdu. Əlini mənə doğru uzatdığında bir an qarşımda gənc araşdırmacı Vüqar Şəmsizadənin durduğunu zənn etdim. Az daha onasalamyerinə canından daha çox sevdiyi Arzunu soracaqdım... Amma susdum. Eynilə  haqsızlıqların qarşısında bəzən vicdanın susduğu kimi.

Ədəbiyyat, insanı hər dəfəsində  yenidən fərqli bir şəkildə var edən bir sənətdir. Fransız filosofu Georges Bataille, ədəbiyyatda yenidən yaratmanın pislikdən keçdiyini iddia edir. Halbuki şərqdə şərin belə xeyri vardır (Əhvən i şər) şərqin ədəbiyyatı  qərbin əksinə hər şeyi yox etməz,  öldürər şəfqətiylə yenidən yaradar!

Qarşımdakı  Gənc Adam”,  bir dövrü yalanları, doğruları, dostluqları, eşqlərı, xəyanətləriylə yenidən yaradaraq gözlərimin önünə sərən bir adam... Bədbəxt  Sovetdəki o dövr mənə o qədər yabançı ki, o dövrün hekayəsini hər oxuduğumda sanki əfsanələr dinləyirəm kimi gəlir mənə.

Gənc Adamın qarşımdakı varlığı o dövrün əfsanə olmadığını, acı bir gerçək olduğunu mənə anladırdı.

mən susurdum.

İlk tanış olduğunuz bir ədəbiyyat adamıyla danışılar?

Ədəbiyyatmı? Yoxsa həyatmı? Biz həyatdan danışdıq.

Tam səksən beş illik bir ömrü gəncliyə daşımış müdrik bir insanla həyatı danışmamaq mənim üçün müdhiş bir əksiklik olardı. Bu əksikliyi gözə alammazdım.

Təbii ki ona, “Həyat nədir?”  deyə sormadım.

Sadəcə gözlərində hələ gəncəcik qalmış təbəssümlərində həyatın acılı şirinli izlərini axtardım. Tapdım da. O izlərdə peşmanlıq usanmışlıq yoxdu. Cəhd, ümid xoşbəxtlik vardı. Eynilə onun şah əsərim dediyi romanıVicdan Susandadakı qəhrəmanı Vüqarda olduğu kimi...

Vüqar üçün yaşayırdı? İdealları eşqi üçün... Bu səksən beş yaşındakı gənc adamın da simasında  ən qədim idealların ən təzə eşqlərin izlərini hərf hərf oxumaq mümkündür.

Yanında qaldığım iki saat içində ondan həyatı oxuya bildiyim qədər oxudum. Dilimdən tökülənlər oxuduqlarımın yanında sadəcə təfərrüatdı. O təfərrüatların kölgəsində yemək yedik, çay içdik, lətifələr anlatdıq. Amma əsas məqsədimiz olan ədəbiyyat haqqında bir kəlmə olsun danışmadıq.

Bir kəs olsun qapısından içəriyə  addımımı atmadığım bir kimya fakültəsi,səslərini duymadığım elm adamları, qısqanclıq rüzgarları var olma davası içində yuvarlanıb gedən o dövrü o dövrün insanlarını  ustalıqla günümüzə hətta gələcəyə daşıyan buGənc Adammənalı müdrik gözləriylə gözlərimin içinə baxırdı.

Əslində ona sorulacaq o qədər soru vardı ki! Romanındakı İsməti qəsd edərəkİnsan insanı üçün  qısqanır?” deyə bir sual verə bilərdim. Hətta ona hər insanın ruhunda bir azcıq özünə yer tapan qəhrəmanlarından biri olan Mərhəmətdən izlərin olub olmadığını da sora bilərdim. Sormadım.Onları kitabdakı rollarında rahat buraxmaq istədim. Amma Flaubertin  Madam Bovary mənəm!” sözü hər ağlıma gəldikcə arada bir  Siz qədər Vüqarsınız?” deyə düşüncələrimi məşğul edən sualı bilirdim ki, əsla verəmməyəcəm.

Gənc Adammənim sual dolu gözlərimdə nələr olub bitdiyini anlamış kimi qolumdan tutub məni kitabxanasına götürdü. Üst üstə yığılmış kitabların arasında mən  Vüqarı, Arzunu, Professor Söhrab Günəşlini ararkən o, mənəHaydı ver suallarını!” demiş kimi baxıb bir başqa kitabını – “Bulanlıq Dünya imzalayıb verdi.

Suallar hələ cavabsızdı. Ən yaxşısı da sualları ona deyil, əsərinə sormaqdı. Çünki yazarların özləri deyil, əsərləri toplumun aynasında özünə yer tapırdı.. Bəlkə bu səbəbdən Stefan Zweig Dostoyevski haqqında belə demişdi:

 Rusiya xristian olduğu üçün Dostoyevski xristiandır. O, əslində xristianlığa deyil,  Rusiyaya inanırdı.”

BuGənc Adamın gözlərində, duruşunda, baxışında da Azərbaycana onun gələcəyinə yönəlik böyük bir inanc vardı. Bəlkə bu inanc onaVicdan Susandakimi altı yüz səhifəni keçən bir roman yazdıra bilmişdi.

Gənc Adam”, yəni dövrünün şahidi, yəni müdrikliyin timsalı, yəni bir çinar olan Vidadi Babanlı mənə o iki saat içində pək çox danışmadan, izah etmədən gözlərindəki işıqla həm həyatdan, həm ədəbiyyatdan anlatmışdı. O anlatışları mən onun inandığı davadan, yəni bağımsız gələcəkdə vüqarlar kimi idealist, özündən əmin, çalışqan, dürüst eşq dolu nəsillərlə dolu olacaq olan Azərbaycana olan inancından anlamışdım.

mən özümü gecənin bir yarısı , qoltuğumda oGənc Adamın kitablarıyla Bakının artıq mənim üçün getdikcə tanış hala gələn rüzgarlı küçələrinə atdığımda içim rahatdı..Artıq həyat ovuclarımın içindəydi deyə bilərdim. Sadəcə kiçik bir çaba həyatı öyrənməmə yetəcəkdi.

 Bu duyğularlaGənc AdamVidadi  Babanlının əlimə verdiyi  Bulanlıq Dünyaəsərini birnəfəsə oxuyub bitirdim. Azərbaycanın ağır bir imtahandan keçdiyi 1985-1990  arası sonrası illərdən bəhs edən bu əsər Azərbaycan cəmiyyəti keçid müddəti haqqında mənə çox şey öyrətdi. İnsanların zəiflikləri, toplumun basqılı tutumu, sistemdən qaynaqlanan boşluqlar ədalətsizliklər bir film kimi gözlərimin önündən axıb getdi. Gözəl Durnanın şəxsində Azərbaycan qadınının çabası, mücadiləsi, xəyal qırıqlıqları, aldanışları romanda gerçəkliyə yaxın bir üslubda verilmişdir. Hər cəmiyyətdə bütün şeytanlığı fəsadıyla yer tapa bilən Əfsun kimilərin toplumu insanları sömürmə arzuları, uğurları doğru insana ümidsizlik aşılamır. Səbəbi isə bütün pozulmalara rəğmən toplumda Fərid kimi namuslu insanların varlığıdır.

Romanda, 1990- il 20 Yanvar  qətliamı müsibəti sanki tarixə düşülmüş bir not kimi acılı təsvirlərlə anlatımlarla verilmişdir.Yazar, əlindəki lupayla yaşadığı şəhərin problemlərinə işıq tutmuş birdən-birə çökən bir sistemin altında qalan kiçik insanların dramlarını ustalıqla qələmə almışdır. Romanın uğurluluğu qəhrəmanların sadəcə bir yönüylə deyil, hər yönüylə verilə bilməsindədir. Durna həm zəif,  həm güclü bir qadındır. Əfsun bəzən xain namussuz, bəzən vicdanının səsini dinləyən bir insandır.

Vidadi Babanlı bu əsəriylə hələ özündə yazma gücü görən dəbi keçməyən ən önəmli yazarlardan biri olaraq görülməkdədir. Amma onun özünə görə ən önəmli əsəriVicdan Susandaisimli romanıdır. Minlərlə insanın hafizəsində hələ qalmağa davam edən 620 səhifəlikVicdan Susandaromanı  bir dövrə işıq tutmasına rəğmən bütün dövrlərdəki problemləri dilə gətirən bir əsər olaraq ədəbiyyat dünyasında yerini almışdır. İnsanın nəfsi, yalanı, xəyanəti çevrəyə verdiyi zərər hansı dövrdə aktual deyil ki? Hələ insanı saran, sarmalayan, dəyişdirən, yerdən alıb göylərə sovuran eşq! Hansı dönəmdə eşq köhnəlib aktuallığını itirə bilər ki?

Sürəkli təzələnən bir eşqlə gün keçdikcə zirvələşən bir müdrikliklə yaşayan buGənc Adamın macərası bir köşə yazısına sığacaq qədər qısa deyildir əlbəttə. Onu Azərbaycan ədəbiyyatının qələmləri hər dönəmdə yad etməyə davam edəcəklər.

Ürəyin sağlam qələmin iti olsun, “Gənc Adam!”

oraras@aol.com

 





13.11.2012    çap et  çap et