525.Az

Meksika immiqrantların öz ölkələrinə göndərilməsini istəyir


 

Meksika immiqrantların öz ölkələrinə göndərilməsini istəyir<b style="color:red"></b>

Meksika ABŞ-dən deportasiya edilən qeyri-qanuni mühacirlərin Meksika əvəzinə öz vətəndaşı olduqları ölkələrə geri göndərilməsini təmin etməyə çalışacaqlarını bildirib.

525.az xəbər verir ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında ABŞ-də qeyri-qanuni mühacirlərin girişinə Meksika sərhədini müvəqqəti bağlayan prezident fərmanının imzalanmasını qiymətləndirib.

Obrador Birləşmiş Ştatların Meksikadan olmayan qeyri-qanuni mühacirləri deportasiya etmək qərarına gələrsə, bu insanların Meksikaya deyil, birbaşa vətəndaşı olduqları ölkələrə göndərilməsini ehtiva edən razılaşma axtardıqlarını qeyd edib.

Obrador: "Bununla bağlı heç bir problemimiz yoxdur. Biz onların hamısına çox yaxşı yanaşırıq, lakin niyə onların birbaşa göndərilməsi ilə bağlı razılaşma olmasın?", - deyib.

Məhəmməd Tağıyev

 





10.06.2024    çap et  çap et