İspaniya İsrailin Qəzzada soyqırımda ittiham olunduğu Beynəlxalq Ədalət Məhkəməsindəki (BƏM) işə müdaxilə edəcəyini açıqlayıb.
525.az xəbər verir ki, xarici işlər naziri Albares İspaniyanın Cənubi Afrikanın BƏM-də İsrailə qarşı qaldırdığı soyqırım iddiasına qoşulacağını bildirib. Beləliklə, Türkiyə, Çili və Meksikanın da müdaxilə tələb etdiyi işə İspaniya müdaxilə edən ilk Avropa ölkəsi oldu.
Qeyd edək ki, İspaniya həmçinin, Fələstin dövlətini rəsmən tanıyıb.
Məhəmməd Tağıyev
çap et