İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanı bir gündə üç dəfə lava və kül püskürüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Geologiya İdarəsinin rəsmilərindən Məhəmməd Vafid verdiyi açıqlamada İbu vulkanında 3 partlayış nəticəsində 1200 metrə qədər yüksələn tüstü buludu meydana gəldiyini bildirib.
İndoneziya Milli Fəlakət İdarəsi Agentliyi də İbu vulkanında baş verən partlayışlar səbəbilə 1900-dən çox insanın bölgədən təxliyə edildiyi və minlərlə hektar ərazinin zərər gördüyü məlumatını paylaşıb.
İbu vulkanı sonuncu dəfə iyunun 4-də püskürüb və partlayış nəticəsində 5 min metrə qədər yüksələn tüstü buludu əmələ gəlib.
İlin əvvəlindən təxminən 100 dəfə püskürən İbu vulkanının may ayından etibarən aktivlik səviyyəsinin yüksək olduğu qeyd edilib.
Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.
Malik Atilay
çap et