525.Az

İsrailin atəşkəs təklifini qəbul edin - 17 liderdən HƏMAS-a çağırış


 

İsrailin atəşkəs təklifini qəbul edin - <b style="color:red">17 liderdən HƏMAS-a çağırış</b>

ABŞ, İngiltərə, Almaniya, Fransa, Kolumbiya və Tailand da daxil olmaqla 17 ölkənin liderləri birgə bəyanatlarında HƏMAS-ı “İsrailin atəşkəs təklifini qəbul etməyə” çağırıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ, İngiltərə, Almaniya, Fransa, Kolumbiya və Tayland da daxil olmaqla 17 ölkənin liderləri ortaq bəyanatla çıxış ediblər. Bəyanat mayın 31-də ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanıb. Bəyanata görə, Qəzzada 3 mərhələli atəşkəs təklif edilir.

Liderlər HƏMAS-ın saxladığı məhbuslar arasında öz vətəndaşlarının da olduğuna diqqət çəkiblər.

Bayden isə açıqlamada, sözügedən ölkələrin atəşkəs və məhbusların azad edilməsi təklifini dəstəklədiyi qeyd edilib.

Tərəflərin uzlaşmaya çağırıldığı ortaq bəyanatda: "Müharibəyə son qoymağın vaxtı gəldi. Bu razılaşma zəruri başlanğıc nöqtəsidir", - deyilib.

Qeyd edək ki, birgə bəyanatı ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Danimarka, Fransa, Almaniya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tailand və Böyük Britaniya liderləri imzalayıblar.

Malik Atilay 

 





10.06.2024    çap et  çap et