525.Az

Filippində vulkan püskürməsi - 800-ə yaxın insan təxliyə edildi


 

Filippində vulkan püskürməsi - <b style="color:red">800-ə yaxın insan təxliyə edildi</b>

Filippinin Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra ərazidən təxminən 800 nəfər təxliyə edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Filippin Prezidenti Ferdinand Markos sosial mediada paylaşdığı video müraciətində baş verən partlayışla bağlı açıqlamalar verib.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası və Sosial Rifah və İnkişaf Departamenti vəziyyətə ciddi diqqət yetirib və zərər çəkmiş Neqros adasının sakinlərinə təcili yardım göstərib.

Partlayışdan zərər çəkmiş 800-ə yaxın insanın bölgədən təhlükəsiz yerlərə təxliyə edildiyini açıqlayan Markos, 13 min qida paketi yardımının edildiyini, 40 mini isə bölgəyə çatdırılmaq üçün yolda olduğunu vurğulayıb.

Neqros Şərq əyalətinin Kanlaon şəhərinin meri Xose Çubasko Kardenas Associated Press-ə telefonla Kanlaon vulkanının püskürməsi və ondan sonra görülən tədbirlərlə bağlı açıqlama verib.

Kardenas, partlayışdan sonra ölən və yaralananların olmadığını vurğulayıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun prezidenti Teresito Bakolkol verdiyi açıqlamada partlayışın külünün 10 kilometrə qədər uzağa çatdığını bildirib.

Malik Atilay

 





10.06.2024    çap et  çap et