Sudan Xarici İşlər Nazirliyi Çevik Dəstək Qüvvələrinin (HDK) ölkənin mərkəzi bölgələrindəki Cəzirə əyalətinin Ved en-Nora kəndinə təşkil etdiyi hücumlarda ölənlərin sayının 180-ə yüksəldiyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada: "HDK milislərinin Cəzirə əyalətinin Ved en-Nora kəndində həyata keçirdiyi dəhşətli qətliam, aralarında uşaq və qadınların da olduğu 180-dən çox silahsız kənd sakininin həyatına son qoyub", - ifadələrdən istifadə edilib.
Açıqlamada: "Bu, 1994-cü ildə Ruandada törədilən soyqırım qırğınlarında tətbiq olunan yanaşmaya bənzəyir. Bu qətliam beynəlxalq ictimaiyyətin HDK-ya baxışında dönüş nöqtəsi olmalıdır. Onlar hamı üçün təhlükə yaradan bir terror təşkilatı olaraq görülməlidir", - deyilib.
Malik Atilay
çap et