525.Az

BRİKS XİN başçları Fələstinin BMT-yə tamhüquqlu üzvlüyün dəstəkləyib 


 

BRİKS XİN başçları Fələstinin BMT-yə tamhüquqlu üzvlüyün dəstəkləyib <b style="color:red"></b>

BRİCS ölkələrinin xarici işlər nazirləri Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyib və problemin həllində iki dövlət prinsipinə sadiq qaldıqlarını təsdiqləyiblər.

525.az xəbər verir ki, bu barədə qurumun XİN rəhbərlərinin Nijni Novqorodda keçirilən iclasının yekunları üzrə qəbul edilən birgə bəyanatda vurğulanıb.

"Xarici işlər nazirləri Fələstinə Birləşmiş Millətlər Təşkilatında tamhüquqlu üzv statusunun verilməsini dəstəkləyir. Eyni zamanda, beynəlxalq hüquq əsasında həyata keçirilməli olan iki dövlət prinsipinə sarsılmaz sadiqliklərini bir daha təsdiqləyirlər", - bəyanatda deyilir.

Qeyd olunub ki, paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren, müstəqil Fələstin Dövləti yaradılmalıdır”.

Xatırladaq ki, 2009-cu ildə yaradılmış BRICS beş sürətlə inkişaf edən - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası ölkədən ibarət olan qrupdur. 

 





10.06.2024    çap et  çap et