Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
525.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizədlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 keçidinə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.