525.Az

"Boeing"in "Starliner" servisi ISS-ə çatıb


 

"Boeing"in "Starliner" servisi ISS-ə çatıb<b style="color:red"></b>

ABŞ-nin aviasiya şirkəti "Boeing"in "Starliner" gəmisi Beynəlxalq Kosmik Stansiyaya (ISS) çatıb.

525.az xəbər verir ki, "Starliner" gəmisi Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından "United Launch Alliance" (ULA) "Atlas-V" raketi ilə uğurlu uçuşdan sonra dünən ISS-ə çatıb.

"Starliner" təqribən 27 saatlıq uçuşdan sonra ISS-yə yanaşıb. Bele ki, gəmi ISS-ə səyahəti zamanı helium sızması ilə üzləşib və 28 itələyicidən 4-ü sıradan çıxıb.

Qeyd edək ki, astronavtlar Berri Uilmor və Sunita Uilliams 3 xarab olan gücləndiricini yenidən işə salmağı bacarıb.

Məhəmməd Tağıyev

 





11.06.2024    çap et  çap et