525.Az

Almanların 40 faizi Fələstinin tanınmasının tərəfdarıdır


 

Almanların 40 faizi Fələstinin tanınmasının tərəfdarıdır<b style="color:red"></b>

Almaniyada Fələstinin dövlət kimi tanınmasını istəyənlərin nisbətinin 40 faiz, İsrailə qarşı sanksiyaları dəstəkləyənlərin nisbətinin isə 51 faiz olduğu bildirilib.

525.az xəbər verir ki, YouGov ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğuya görə, ölkədə hər 5 nəfərdən 2-i Fələstinin dövlət kimi tanınmasının tərəfdarıdır. Belə ki, sorğuda iştirak edənlərin 27 faizi Fələstinin dövlət kimi tanınmasının əleyhinə olsa da, 33 faizi bu məsələdə qərarsız olduqlarını bildirib.

Rəfaha hücumlarla bağlı sualı cavablandıran iştirakçıların 51 faizi Aİ-nin İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq etməsini dəstəklədiklərini vurğulayıb.

Məhəmməd Tağıyev

 





11.06.2024    çap et  çap et