525.Az

İntiqam Yaşarın "Adını çəkirəm" kitabı təqdim edilib


 

İntiqam Yaşarın "Adını çəkirəm" kitabı təqdim edilib<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının təqdimatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalının moderatorluğu ilə həyata keçən tədbirdə tanınmış ədəbiyyat-ictimaiyyət nümayəndələri, oxucular, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əkbər Qoşalı İntiqam Yaşarın yaradıcılığı və fəaliyyəti barədə qonaqlara məlumat verib. "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru, şair Qulu Ağsəs, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis Yolçuyev, Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Rəsmiyyə Sabir, Bakı Slavyan Universitetinin professoru, tərcüməçi Flora Naci, tanınmış alim Yazgül Abdıyeva, Filologiya elmləri doktoru Təranə Turan Rəhimli, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, tanınmış yazıçı Kənan Hacı, şairlər - Süleyman Abdulla, Polad İbrahimoğlu, Şahin Qədir, "Kulis.az" dərgisinin baş redaktoru, şair Ulucay Akif, şair Səddam Laçın, ədəbiyyatşünas alim Yeqzar Cəfərli və b. çıxış ediblər.

Qiraətçilər Müşfiqə Baləddinqızı və Ayna Səs müəllifin şeirlərini səsləndiriblər.

Tədbirin sonunda müəllif yeni çap olunmuş kitabından şeirlər oxuyub və iştirakçılar üçün kitabları imzalayıb.

 





11.06.2024    çap et  çap et