525.Az

Cari tədris ilində 39 mindən çox şagird peşə təhsili haqqında məlumatlandırılıb


 

Cari tədris ilində 39 mindən çox şagird peşə təhsili haqqında məlumatlandırılıb<b style="color:red"></b>

2023-2024-cü tədris ili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələri tərəfindən şagirdlərin, valideynlərin və bütün maraqlı tərəflərin peşə təhsili pilləsi və onun yaratdığı imkanlar haqqında məlumatlandırılması məqsədilə müxtəlif maarifləndirmə tədbirləri keçirilib.

Agentlikdən 525.az-a bildirilib ki, tədbirlərdə ümumilikdə 39 min 544 şagirdə peşə təhsil pilləsi haqqında məlumat verilib. Keçirilən 644 infotur vasitəsilə minlərlə şagird və valideyn peşə təhsili müəssisələrinin tədris proqramları, imkanları və perspektivləri barədə məlumatlandırılıb. Həmçinin 52 “Açıq qapı” tədbiri təşkil olunub. Bu tədbirlərdə iştirak edənlər, peşə təhsili müəssisələrinin infrastrukturu, laboratoriyaları və tədris materialları ilə tanış olublar. Hər bir tədbir peşə təhsilinin praktiki və nəzəri tərəflərini əks etdirən müxtəlif ustad dərsləri və sərgilərlə müşayiət olunub.

Qeyd edək ki, tədbirlər peşə təhsil müəssisələri və potensial tələbələr arasında əlaqələri gücləndirmək, peşə təhsili haqqında ictimai məlumatlılığı artırmaq məqsədi daşıyır.

Sevinc Qarayeva 

 





11.06.2024    çap et  çap et